Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:35

'İnflyasiya bankların da qazancını yeyir'


Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir

Azərbaycanda inflyasiya artır. Rəsmi məlumatlara görə, artıq inflyasiya ikirəqəmlidir (12.6). Halbuki, onun birrəqəmli olacağı proqnozlaşdırılırdı.

Mərkəzi Bank bu il iyunun 6-da "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na dəyişiklik edib. Dəyişiklik nəticəsində məcburi ehtiyatların normaları (MEN) kəskin artırılıb. Milli valyutada depozitlər üzrə MEN 0.5 faizdən 4, xarici valyutada depozitlər üzrə isə 1-dən 5 faizə qaldırılıb. MB bunun inflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterilizasiyası məqsədi daşıdığını qeyd edib.

Bu bankın kartı ilə islamda haram sayılan şeylər almaq olmaz, amma faizlə kredit verir
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar-əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.

Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və, beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir.

Hələlik, bankların mənfəəti artıb

Mərkəzi Bankdan "Turan"a bildirilib ki, Azərbaycan bankları bu ilin 5 ayında 331.5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21.3 faiz çoxdur: "Göstərilən aylarda yerli banklar 1 milyard 33.7 milyon manat faiz gəliri, 426 milyon manat qeyri-faiz gəliri əldə edib. 245.1 milyon manat faiz xərci, 692 milyon manat qeyri-faiz xərci çəkiblər. Vaxtı keçmiş kreditlər üzrə 117.9 milyon manat xüsusi ehtiyat yaradıblar və 73.1 milyon manat mənfəət vergisi ödəyiblər".

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

"Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir"

MB kreditlərin ilin ilk beş ayında 8.5 faiz artdığını bildirir: "Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir. 2022-ci ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8.5 faiz, ötən ilin eyni ayına nəzərən isə 23.3 faiz artıb".

Amma bəzi ekspertlər düşünür ki, inflyasiya artmaqda davam edəcəksə, müsbət tendensiya uzun müddət sürə bilməz.

"İnflyasiya qazancı yeyir"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, inflyasiya bank sektoruna həm əmanət, həm də kredit nöqteyi-nəzərindən mənfi təsir göstərir: "Qiymətlər artırsa, insanlara pul lazımdır ki, öz gündəlik xərclərini bağlasınlar. Həm də pul dəyərdən düşürsə, onu bankda saxlamağın mənası yoxdur. Pul banka qoyulur ki, əmanət üzrə faizlər gəlsin. Faiz gəlir, amma buna paralel pul qiymətdən düşür və inflyasiya həmin qazancı yeyir. Elə ona görə də insanlar bankdan əmanətləri çıxarır. Bu da banklara mənfi təsir göstərir".

Hansı hallarda bank mülkünüzü əlinizdən ala bilməz
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Onun sözlərinə görə, digər tərəfdən inflyasiya bankların da qazancını yeyir: "Bank vətəndaşa 20 faizlə kredit verirsə, inflyasiya isə 15 faizdirsə, burada bankın qazancı cəmi 5 faizdir. İnflyasiya artdıqca qazanc da belə azalır".

Ekspertin fikrincə, bu ona gətirib çıxarır ki, banklardan əmanətlər çıxarılır və kredit vermək üçün bankların pulu azalır, üstəlik də, banklara artıq kredit vermək sərf etmir: "Belə şəraitdə bankların fəaliyyətinin heç bir effekti olmur".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG