Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Bank-müştəri arasında ilk razılıq sazişi


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bu gün, noyabrın 3-ü Bank ombudsmanının inzibati ofisində vətəndaşla bank arasında mübahisəyə baxılıb.

Xəbəri Bank Ombudsmanlığı yayıb.

Mübahisə tərəfləri olaraq vətəndaş Abit Bağırovla «Muğanbank» ASC-nin təmsilçisi Sahib Daşdəmirov çıxış ediblər.

Tərəflər arasında mübahisəyə A.Bağırovun dollarla banka qalıq borcunun yaranması səbəb olub.

«Müzakirələrdən sonra bank vətəndaşın səhhətində olan problemləri, onun şəkərli diabet xəstəsi olmasını, 70 yaşında insult keçirməsini və həmçinin, sosial dolanışıq vəziyyətini nəzərə alaraq, qalıq borcdan imtina etməyə razı olduğunu bildirib».

Razılıq əldə olunduqdan sonra, Bank Ombudsmanlığının iştirakı ilə tərəflər arasında barışıq sazişi imzalanıb. Qalıq borcun məbləği açıqlanmayıb.

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

XATIRLATMA

Bank ombudsmanının yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu il aprelin 14-də keçirilən ümumi yığıncağında verilib. Bu il sentyabrın 1-dən fəaliyyətə başlayıb.

Hazırda Bank Ombudsmanı 25 bank və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Bank Ombudsmanlığının ancaq 2 min dollar həcmində olan maliyyə mübahisələrinə dair qərar qəbul etmək səlahiyyəti var.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib. Bundan sonra kreditlərin ödənilməsində çətinliklər meydana çıxıb. Hazırda ölkədə problemli kreditlərin həcminin 1 milyard 800 milyon manatı keçdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG