Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

Banklarda dollar qıtlığı


-

Kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunduğu bildirilir.

Report-un xəbərinə görə, Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında aparılan monitorinq nəticəsində məlum olub ki, bir çox bankda dollar satışı dayandırılıb.

Bəzi banklarda isə dollar satışına məhdudiyyət qoyulub.

“Silkway Bank”, “Amrahbank”da dollar satışının olmadığı, “Bank of Baku” və “Xalq Bank”da isə satışa 1 000 dollar həddində məhdudiyyət qoyulduğu bildirilir.

Bir çox digər kommersiya banklarında da dolların nağd satışının dayandırıldığı, ya da 500-1000 dollar həddində məhdudlaşdırıldığı qeyd edilir.

Artıq bir aydan çoxdur ki, Azərbaycanda dollar bahalaşmaqdadır. Mərkəzi Bank dolların rəsmi məzənnəsini avqustun 5-nə 1,5980 manat səviyyəsində təyin edib.

Buna da bax: Dolları 'tutmaq olmur'

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmçinin avqustun 8-dən uçot dərəcəsi 9.5 faiz səviyyəsinə qaldırılıb.

«Bu, pul bazarında manata olan inamın artmasına şərait yaratmaq məqsədini daşıyır. Bu tədbir eləcə də MB-nin sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq»,- deyə məlumatda qeyd edilir.

Son dəfə MB 2016-cı il martın 4-dən uçot dərəcəsini 5 faizdən 7 faizə qaldırıb.

Müstəqil iqtisadçılar düşünür ki, hökumət həm açıq, həm də dolayı yollarla manatı yenidən möhkəmləndirməyə çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG