Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:33

“Dollar almağa manat yoxdur”


►Qoşa sual doğur: Dollara tələbatmı azalıb, yoxsa dollar almağa bankların manatı yetərli deyil?

Dekabrın 21-dən – 2-ci devalvasiyadan bəri Azərbaycanda dollar çatışmazlığı təsəvvürü var. Bankomastlara dollar yerləşdirməyən banklar onu limitlə satmağa başlamışdılar.

Mərkəzi Bank (MB) da dollar ehtiyacını ödəməkdən ötrü hərraclar keçirir. Di gəl, gözlənilən əksinə, bu hərraclara həm az sayda bank qatılır, həm də hərraca çıxarılan valyutaya sifariş az olur.

Məsələn, MB-nin fevralın 1-də təşkil etdiyi hərraca yalnız 5 bank qatılmışdı.

Beləcə, suallar doğur: Dollara tələbatmı azalıb, yoxsa bankların dollar almağa manatı yetərli deyil?

Buna da bax: “Moskva” univermağında qızılsatanlar işi dayandırdı

“Hamı dollar istəyir, amma...”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, səbəb - manat çatışmazlığıdır:

“Dövriyyədə manat tükənmək üzrədir. İqtisadiyyatda durğunluqdur. Hamı dollar istəyir, amma onu almağa manat yoxdur. MB bilərəkdən satışa lazım olduğundan çox dollar çıxarır ki, baxın-görün, dollara ehtiyac yoxdur, yaxud alan tapılmır. Daha demir ki, sadəcə, almağa manat yoxdur”.

Buna da bax: Rasim Əliyevin işi üzrə məhkəməyə... qaz buraxıldı

“MB topdansatışla məşğuldur, banklar təkdənsatışla...”

Həmin sualı səsləndirən ekspert onu belə cavablayır:

“Çünki manatın tezliklə dollara dəyişiləcəyindən qorxur”.

İqtisadçı ekspert Qubad İbadoğlu bankların az dollar alışını valyutadəyişmə məntəqələrinin bağlanması ilə əlaqələndirir:

“MB topdansatışla məşğuldur, banklar isə pərakəndə, yəni təkdənsatışla. Bankların valyutadəyişmə məntəqələrinin lisenziyası geri alınıbsa, bu halda dollar onlara yalnız öhdəliklərini ödəməyə lazımdir. Bankların dollara tələbatının azalmasını elə açıqlamaq olar”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG