Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

Banin: 'Necə darıxdığımı bir Allah bilir...'


Banin (1905-1992)
Banin (1905-1992)

Yazıçı Baninin 1921-ci ildə Bakıdan Parisə yazdığı məktub 98 il sonra ilk dəfə AzadlıqRadiosunda oxundu.

Oktyabrın 23-də görkəmli yazıcı – mühacirət həyatı yaşadığı Parisdə dünyasını dəyişən Ümbülbanunun – Baninin ölümünün 27-ci ili tamam olur. Parisdə yaşayan azərbaycanlı araşdırıcı Azər Zeynallının AzadlıqRadiosuna göndərdiyi bu məktubu mərhum yazıçı hələ Bakıda yaşayarkən yazıb. Bu baxımdan milyonçu Mirzə Əsədullayevin ailəsindəki, eləcə də Azərbaycandakı durumu açıqladığından çox dəyərli sayıla bilər. Xatırladaq ki, A.Zeynallı məktubu Baninin ədəbi varisi Rolf Ştürmer vasitəsilə yazıçının şəxsi arxivindən əldə edib. A.Zeynallı AzadlıqRadiosuna bildirib:

«Banin məktubu Bakıdan Parisdə köçmüş ailə üzvlərinə 1921-ci il avqustun 20-də rusca yazıb.

Həmin vaxt Banin hələ Bakıda idi və Balabəy Qocayev ilə evli idi. «Mən tiryəki seçdim» adlı, xristianlığı qəbul etdiyi barədə gündəliyinin 11-ci səhifəsində yazır:

«Qafqazda istəmədiyim halda, məcburən atama bolşeviklərdən qurtulmaq üçün kömək etmiş bir müsəlmanla evlənməli olmuşdum».

Bəzi mənbələrə görə, Banin əri ilə birlikdə Azərbaycanı 1922-ci ildə tərk edib. Əvvəlcə İstanbula gedib, daha sonra Balabəy Qocayevdən ayrılaraq qatara oturub Parisə gəlib. «Sonra» kitabında yazdığına görə, Banin Parisə 1924-cu ildə gəlib çatıb.

Bir əsrə yaxın yaşı olan məktubu oxumaq asan iş deyil idi, Gülya Khaki ilə məktubun çətinliklə oxunan bəzi hissələrini aydınlaşdırdıq, amma yazı silindiyinə görə oxunulması çətin olan hissələrə toxunmadıq. Həmin o şübhə doğuran yerləri sual (?) işarəsi ilə qeyd etmişəm.

Məktubda adı keçən şəxslər:

Tamusya – Baninin atası milyonçu Mirzə Əsədullayevin 2-ci həyat yoldaşı Tamara Datiyeva.

Süriya – Sürəyya Əsədullayeva-Vəzirova, Baninin bacısı, Mirzənin 2-ci qızı.

Kübra, Kübraşa, Kyabi – Kübra Əsədullayeva, Baninin bacısı, Mirzənin 3-cü qızı.

Murad – Sürəyyanın əri Murad Vəzirov.

Nisə, Bikə – kimliyini aydınlaşdıra bilmədiyim şəxslər.

Milya – Banini ailədə belə çağırırdılar».

Məktub
Məktub

Məktubun orijinal mətni:

«Дорогая Тамуся, Кюбра, Сюрия и т.д.,

Я безумно соскучилась без вас. Что вы там делаете, как поживаете? У нас у Нисе, у Бике ужасное состояние, но я стараюсь не уповать. Как бы я хотела быть с вами и увидеть вас и даже противного Мурада. Подробности про нашу жизнь писать не могу, и с вами мы вряд ли скоро увидимся. Наши родственники все перемирились, как у нас и полагается в тяжелую минуту. (?) только мечтала гадать, как писала Кябраша. Я лучше больше не буду писать, так как существенного ничего не могу написать, а все время жаловаться противно. Желаю тебе Сюря, произвести самую прекрасную личность, (?) а Мураду говорит про красивые рубашки и золотые портсигары. Ах, как я соскучилась Кяби, один Бог знает. Желаю вам всего хорошего и целую крепко, крепко.

Миля.

Извините за ужасное письмо и передайте всем привет».

Məktubun tərcüməsi:

«Əzizim Tamusya, Kübra, Sürəyya və digərləri,

Sizin üçün çox darıxmışam. Nə edirsiniz, necə yaşayırsınız? Bizim, Nisənin, Bikənin durumu dəhşətdir, ancaq ürəyimə salmamağa calışıram. Sizinlə olmağı, sizi, hətta zəhləmgetmiş Muradı görməyi elə istərdim ki. Həyatımız barədə ətraflı yaza bilmirəm, sizinlə də yaxınlarda çətin görüşək. Qohumlarımızın hamısı, çətin zamanlarda gözlənildiyi kimi, barışdılar. (?) təxmin etmək istəyirdi, Kəbraşa yazdığı kimi. Ən yaxşısı, mən daha yazmayım, çünki yazmağa mənalı bir şey tapmıram, daim gileylənmək də adamı çiyrəndirir. Süriya, sənə dünyaya ən mükəmməl şəxsiyyət gətirməyi arzulayıram, (?) Murada da gözəl köynəklər və portsiqarlardan danışmasını.

Eh, Kəbi, necə darıxdığımı bir Allah bilir. Hamınıza uğurlar arzuylayır və bərk-bərk öpürəm.

Milya

Dəhşətli məktuba görə məni bağışlayın və hamıya salamlarımı yetirin».

PS: Məktubun fotomətnini daha dəqiq oxuyanlar qeydlərini AzadlıqRadiosuna yaza bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG