Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Problemli kreditlər yüz milyonla artır


►"Bu meyl 2016-cı ildə daha da güclənəcək"

Mərkəzi Bank vaxtı ötmüş kreditlərin ümumi məbləğini açıqlayıb

Azərbaycanda vaxtı ötmüş kreditlərin məbləği 1 milyard 333,6 milyon manata çatıb.

Bu, ilin əvvəlindəki məbləğdən 357,3 milyon manat çoxdur.

Mərkəzi Bankın açıqladığı məlumata görə, sentyabrın 1-dək vaxtı keşmiş kreditlər milli valyutada 906,7 milyon manat olub (avqust ayı ilə müqayisədə 19,5 milyon manat çox).

Eyni dövrdə belə kreditlərin xarici valyuta ilə məbləği 427 milyon manat göstərilib (avqusta nisbətən 19,4 milyon manat çox).

Buna da bax: 1 milyon manat oğurlayana hökm oxundu

İqtisadçı ekspert Natiq Cəfərli vaxtı keçmiş kreditlərin artmasını belə şərh edir:

“Bu, ölkədə iqtisadi aktivlik və iş həcminin, eləcə də iş yeri və gəlirlərin azalmasından qaynaqlanır. İnsanlar ixtisara düşür, iş yerləri qapanır, gəlirlər kiçilir deyə, vətəndaşların kreditləri geri ödəməsi də çətinləşir. Bu meyl 2016-cı ildə daha da güclənəcək, çünki büdcənin 4 milyard manata yaxın daralması daha çox insanın iş və gəlirini itirməsi ilə nəticələnəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG