Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Keçmiş məhbus: 'Bandotdeldəki kameramızda ‘öldüm’ qışqırıqları eşidirdik’


Bakıda avtobus qəzaları: Təhlükəsizliyə kim cavabdeh olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Bakıda avtobus qəzaları: Təhlükəsizliyə kim cavabdeh olmalıdır?

Azərbaycanda müvəqqəti saxlanma təcridxanalarında və həbsxanalarda işgəncə iddiaları necə araşdırılır? Qanunu pozan, işgəncə verənlərə qarşı hansı addımlar atılır?

“Azel.tv” saytının baş redaktoru Əfqan Sadıqov təəssüflə bildirir ki, işgəncə edənlərə, işgəncə göstərişi verənlərə qarşı hər hansı tədbir görülmür. O özünü misal çəkir. Deyir ki, işgəncəyə məruz qalması ilə bağlı şikayəti 2 aydan çoxdur ki, araşdırılmır. Bəzən işgəncə verənlərin kimliyini belə müəyyənləşdirmək çətin olur:

““Bandotdel” deyilən idarədə işgəncə verənlər maskalı olurlar ki, üzləri tanınmasın. Bir də kiməsə işgəncə verilirsə, əmr, göstəriş verənənin kim olduğu deyilmir. Biz “Bandotdel”də kamerada saxlandığımız vaxt işgəncə səsləri eşidirdik. Sanki quyunun dibindən, “öldüm” və digər səslər eşidilirdi”.

Əfqan Sadıqov bu ilin iyulunda Cəlilabad rayonunda saxlanaraq, Bakıya gətirilib. El arasında “Bandotdel” kimi tanın Daxili İşlər Naziriliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsində fiziki və mənəvi təzyiqlərlə üzləşdiyini deyir və bundan şikayət edib.

Polis idarələrində işgəncə iddiaları sentyabr ayında yenidən aktuallaşıb. Sentyabrın 18-də Saatlı sakini Nazir Həsənov yerli polis bölməsində döyüldüyünü, qulağının pərdəsinin cırıldığını iddia edirdi. Polis bu iddiaları rədd edirdi.

Qazax insidenti

Bu hadisədən bir həftə sonra sentyabrın 25-də isə polisə aparıldıqdan sonra vəfat edən Qazax rayon sakini Elmir Axundovun yaxınları onun döyülərək öldürüldüyünü bildirirdilər. Baş Prokurorluğun başladığı cinayət işi üzrə iki polis əməkdaşı şübhəli şəxs qismində saxlanıb. Saxlananlardan biri Qazax rayon polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisidir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti də, Daxili İşlər Nazirliyi də işgəncə iddialarını rədd edir. Pis rəftarla bağlı isə tədbirlərin görüldüyünü bildirirlər.

Ombudsman Aparatının İşgəncələrin Qarşısının Alınması şöbəsinin müdiri Rəşid Rumzadə AzadlıqRadiosuna müsahibələrindən birində bildirmişdi ki, onlar müntəzəm olaraq, işgəncə iddialarını araşdırırlar. Müvəqqəti saxlama təcridxanalarına və həbsxanalara baş çəkirlər:

“Mətbuatı da izləyirik. Qaldırılan bütün məsələləri öz mandatımız çərçivəsində yanaşma nümayiş etdiririk. Aidiyyatı qurumlar qarşısında bu məsələləri qaldırmaqla yanaşı, gələcəkdə baş verməməsi üçün lobbiçilik də edirik”.

Rəşid Rumzadə deyir ki, onlar işgəncə iddialarının əsaslı olub-olmadığını araşdırmaq səlahiyyətində deyillər. Belə iddialar varsa, onlar hüquq-mühafizə orqanlarına müraciət edirlər.

Amma hüquq-mühafizə orqanları aparılan araşdırmaların yekunu haqda ictimaiyyətə məlumat vermir.

"İşgəncə halları ört-basdır edilir"

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Oqtay Gülalıyev deyir ki, bir çox hallarda işgəncə faktları ört-basdır edilir. Məsələ, ictimailəşdirilərsə, cəmiyyətdə ciddi səs-küy salarsa, bu zaman ən yaxşı halda aşağı rütbəli bir nəfər həbs edilir. İşgəncəni edən də, göstərişi verən də kənarda qalır:

“Həbs yerlərində saxlanan şəxslərə işgəncə verilməsi halları son illər adət halını alıb və bir ənənəyə çevrilib. Təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi son illər işgəncə halları ilə bağlı ətraflı araşdırmalar aparır və hesabatlar hazırlayır. Yəni, istintaq orqanları etirafedici ifadələr almaq üçün bütün dünyanın lənətlədiyi işgəncə metodlarından istifadə edir”.

Oqtay Gülalıyev bildirir ki, bir çox hallarda bu cür işgəncə iddiaları araşdırılmır. İşgəncəyə məruz qalanların ailə üzvlərinə təzyiqlər edilir ki, şikayət etməsinlər. Oqtay Gülalıyev bu cür hallarla mübarizə aparmaq üçün ilk növbədə işgəncə edənlərə qarşı qanuni tədbirlərin görülməsini önəmli sayır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Polisin kobud davranmasına qarşı hansı işlər görülməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Avropa Şurasının İşgəncə və Pis Rəftar əleyhinə Komitənin üzvləri son 14 ildə 8 dəfə Azərbaycana səfər edib, işgəncələrlə bağlı hesabat hazırlayıblar.

Falaqqa, elektroşot, butulka...

Komitə bildirir ki, Azərbaycan hökuməti bu səfərlərə dair hesabatın açıqlanmasına yalnız bu il icazə verib. Həmin hesabatda qeyd olunur ki, hüquq-mühafizə orqanları işgəncə metodları kimi falaqqadan, elektoşokdan istifadə edir, adamlar şillə, yumruq, təpiklə döyülür, dəyənək, beysbol taxtası, qalın kitab, su doldurulmuş plastik butulka işgəncə alətlərinə çevrilir.

Komitənin sədri Mykola Gnatovsky AzadlıqRadiosuna deyib ki, onların işi təndiq deyil, konstruktiv tövsiyələr vermək və real dəyişiklər əldə olunana kimi tövsiyyətlərin icrasına nəzarət etməkdir.

Azərbaycan rəsmiləri ölkədə işgəncə halları olması barədə iddiaları bir qayda olaraq rədd edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG