Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

Baltikyanı ölkələr Rusiyadan enerji asılılığına son qoymaq istəyirlər


Litva prezidenti Dalia Grybauskaite
Litva prezidenti Dalia Grybauskaite

Baltikyanı dövlətlər və Polşa özlərinin enerji qovşaqlarını 2025-ci ilədək Avropa şəbəkəsinə bağlamaq barədə razılaşma əldə ediblər. Bu onların Sovet İttifaqından bəri mövcud olan Rusiya asılılığına son qoymalıdır.

Avropa İttifaqı üzvü olan Litva, Latviya, Estoniya və Polşa çoxdan gözlənilən bu razılaşmanı iyunun 28-də Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin kuluarlarında imzalayıblar.

Bir vaxtlar SSRİ-yə daxil Baltikyanı ölkələr 2004-cü ildən bəri Aİ və NATO üzvləridir.

Bu ölkələr bildirirlər, Rusiyadan enerji asılılığı onların milli təhlükəsizliyinə hədədir.

Baltikyanı dövlətlər və Polşa bu sənədin üzərində 9 il müddətində işləyiblər. Başlıca fikir ixtilafı texniki məsələlərlə bağlı idi.

Bu razılaşmaya əsasən Baltikyanı dövlətlər Litva ilə Polşa arasında mövcud iolan LitPol xəttindən, habelə Baltik dənizinin dibi ilə Rusiyanın ərazi sularından yan keçəcək kabel xəttindən istifadə edəcəklər.

Avropa İttifaqı bu layihəyə 1 milyard avro xərcləməyə hazır olduğunu bildirib.

Litva prezidenti Dalia Grybauskaite LRT kanalına müsahibəsində deyib ki, söhbət “bizim ayaqlarımızı bağlayan, bizi həqiqi enerji azadlığından məhrum edən qovşaqdan gedir”.

Litva prezidenti deyib ki, bu razılaşma ilə Rusiyanın “bizim siyasətçiləri ələ almaq aləti bundan sonra işə düşə bilməyəcək”.

Ötən illər ərzinsdə Baltikyanı ölkələr və Polşa, ABŞ da daxil xarici ölkələrdən maye qaz almaq üçün yeni terminallar yaradıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG