Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:50

Adam Schiff :Trump getməsə hakimiyyət qanadları arasında balans birdəfəlik dəyişəcək


Demokrat, Nümayəndələr palatasının üzvü Adam Schiff
Demokrat, Nümayəndələr palatasının üzvü Adam Schiff

ABŞ Nümayəndələr palatasının demokrat üzvləri respublikaçı senatorları ölkədə demokratiyanın qorunması, habelə prezident Donald Trampın mühakimə olunması və hakimiyyətdən kənarlaşdırılmasında onlara dəstək olmağa çağırıblar.

Nümayəndələr palatasının aparıcı üvlərindən olan Adam Şif yanvarın 22-də çıxışında bildirib ki, onun partiyası hesab edir ki, Trump hakimiyyətdən sui-istifadə və onunla bağlı Konqresin apardığı istintaqı əngəlləmək üçün “Korrupsiyon sxem” əl atıb.

O Senatı impicment vasitəsi qoyub gedən ölkə qurucularına hörmətlə yanaşmağa çağırıb.

“Əgər ona qarşı ittihamlar və vəzifədən kənarlaşdırılması Senatda təsdiqlənməsə, prezident Trampın hakimiyyətdən su istifadə etməsi və Konqrersin işini əngəlləməsi hakimiyyətin qanadları arasında qüvvələr balansını birdəfəlik dəyişəcək”.

Adam Şif qeyd edib ki, yaxın günlərdə Konqresə və ABŞ xalqına tutarlı sübutlar təqdim edəcəklər.

İttihama əsasən Donald Trump, Kiyevdən, qarşıdan gələn seçkilərdə potensial rəqibi olan Co Bayden və onun oğlunun fəaliyyəti ilə bağlı istintaq aparılmasını istəyib və Konqresin bu ölkəyə ayırdığı hərbi yardımı dayandırıb.

Baydenin oğlu Co Hantə 2014-2019-cu illərdə Ukraynadakı “Bursima” qaz şirkətinin direktorlar şurasının üzvü olub.

Demokratlar həmçinin respublikaçıları, sübutlar və şahid ifadələrini əngəlləməyə cəhddə günahlandırırlar.

Amma Donald Truamp bütün ittihamları rədd edir.

O Davosda jurnalistlərə deyib ki, bu məhkəmədə iştirak etmək və ön cərgədə oturub demokratların sifətlərinə baxmaq istərdi.

Bu ABŞ tarixində 3-cü belə haldır.

İmpicment məsələsinin keçməsi üçün respublikaçıların çoxluq etdiyi Senatdakı səslərin 2/3-i gərəkdir.

Hazırda Senatda demokratlar çıxış edirlər və onların daha 2 günü var.

Bundan sonra isə 3 gün müdafiə tərəfi danışacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG