Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

DTX Rasim Məmmədovu milyonları mənimsəməkdə şübhəli sayır


Rasim Məmmədov
Rasim Məmmədov

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, fevralın 3-də "Baku Steel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Müşahidə Şurasının sədri Rasim Məmmədovla bağlı məlumat yayıb.

Bu məlumatda da onun cinayət məsuliyyətinə cəlb olunduğu təsdiq edilir. Ötən həftə bununla bağlı müdafiə tərəfi məlumat yaymışdı.

DTX qeyd edir ki, R.Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb.

Açıqlamaya görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr yaranıb: "Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Bu açıqlamaya, hələlik, R.Məmmədov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Amma bundan öncə R.Məmmədovun vəkili olduğunu bildirən Elçin Sadıqov müdafiə etdiyi şəxslə görüşməsinə imkan yaradılmadığını açıqlamışdı.

"Baku Steel"in poladını kimlər bərkidir?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyir

R.Məmmədovun vəkili Elçin Sadıqov isə hüquqlarını müdafiə etdiyi şəxslə hələ də görüşünə icazə verilmədiyini söyləyir. "Buna görə də Rasim Məmmədovun ona qarşı irəli sürülən ittihamlara münasibətini hələ öyrənə bilməmişəm", - o qeyd edib.

Amma R.Məmmədov hələ saxlanmazdan öncə ölkə mətbuatında bəzi iş adamlarının ona qarşı irəli sürdükləri oxşar ittihamları, bir qayda olaraq, yalanlayırdı.

Vəkilin bu açıqlamasına, hələlik, Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət almaq mümkün olmayıb.

"Baku Steel" şirkətinin rəhbəri saxlanıb, vəkili onunla görüşə bilmir

Dünən, yanvarın 28-də saxlandığı bildirilən "Baku Steel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Rasim Məmmədovun vəkili onunla görüşə bilmir.

Bu barədə vəkil Elçin Sadıqov özü məlumat verib.

Elçin Sadıqovun bugün, yanvarın 29-da axşama yaxın bildirməsinə görə, o və başqa bir vəkil Bəxtiyar Hacıyev artıq bir neçə saatdır müdafiə etdikləri şəxslə görüş üçün icazə ala bilmirlər:

"Biz görüşə gəlsək də, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qanunsuz olaraq bizim Rasim Məmmədovla görüşümüzün qarşısını alır. Əlimizdə order, qalmışıq DTX-nin qarşısında, əlaqə saxladıqda deyirlər ki, rəhbərlik icazə verməlidir. DTX-yə teleqram da göndərmişik, bizə cavab verən yoxdur".

Bakıda zavoda hücum ediblər
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

Rasim Məmmədovun yaxınları isə “Turan” İnformasiya Agentliyinə bildiriblər ki, ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq ) və 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun habelə 308.2-ci (Ağır nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə,) maddəsi ilə də ittiham edildiyi qeyd olunur.

Rasim Məmmədovun yaxınlarının gümanına görə, bu addım onu vəkillərdən imtina etdirmək istəyindən irəli gələ bilər.

Bu açıqlamalara, hələlik, Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

"Baku Steel Company" MMC poladəritmə müəssisəsidir. Bu müəssisənin rəhbərliyinə qarşı mətbuatda zaman-zaman bəzi iş adamları və müəssisələrin rəhbərliyinin iddiaları olub.

Onlar "Baku Steel Company"MMC-ni monopoliyada, onun rəhbərliyini başqasının əmlakını mənimsəməkdə ittiham ediblər.

Amma "Baku Steel Company "MMC -nin rəhbərliyi belə iddiaları bir qayda olaraq inkar edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG