Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:26

İsti havaların səbəbi və nəticəsi...


2 Iyul, Gürcüstan.. İnsanlar isti havada fontanlarda sərinləyir
2 Iyul, Gürcüstan.. İnsanlar isti havada fontanlarda sərinləyir

Azərbaycan da daxil, Ermənistan, Gürcustanİranda anomal isti havalar rekord həddə çatıb.
Mütəxəssislər iyulun 6-da deyiblər ki, bu Avrasiya regionunda isti hava kütləsi ilə bağlı olub və ən isti hava 28 iyunda qeydə alınıb.

ƏN İSTİ HAVA TEHRANDA...

İyulun 4-də Gürcüstanda havanın temeraturu 41 dərəcəyə qədər yüksəlib. Bu həftənin əvvəli, iyulun 1-də isə paytaxt Bakıda havanın temperaturu 43 dərəcə qeydə alınıb. Ermənistanda isə temperatur 42 dərəcəyə çatıb.
Ən isti hava isə İranda qeydə alınıb. Temperatur 53 dərəcəyə qədər yüksəlib.

RƏSMİLƏR ENERJİ QITLIĞINI İSTİLƏRLƏ BAĞLAYIR

Azərbaycanİranda elektrik qıtlığı yaşanıb. Azərbaycanda Mingəçəvir Elektrik Stansiyasında qəza baş verib, bütün ölkədə elektrik enerjisi kəsilib.

Rəsmi Tehran isə enerjiyə qənaət etmək üçün bütün idarə və müəssisələrdə iş vaxtını dəyişdirməyə çağırıb. İyulun 2-də yayılan rəsmi məlumatda deyilir ki, elektrik enerjisi istehlakı 56,572 meqavata çatıb.

Dövlət qurumları, ofislər, banklar, bələdiyyələr və digər ictimai, qeyri-hökumət təşkilatlarında işlərin yerli vaxtla səhər saat 6-dan, axşam saat 2-yə qədər davam etməsi elan olunub. Bu cədvəl iyulun 22-nə qədər qüvvədədir.

İran rəsmiləri bildirirlər ki, temperatur hər dəfə bir dərəcə artanda Tehran və çevrəsində elektrikə tələbat da 150-250 meqavat atır.

Tehranda da son günlər su təminatında fasilələr və ya dayanmalar olub.
Kermanşah, Ərdəbil, İsfahanda elektrik enerjisi kəsildiyinə görə işıqforlar, liftlər işləməyib.

İran rəsmiləri bildiriblər ki, hər gün iki saat elektrik enerjisinə qənaət etmək üçün enerji təminatı dayandırılacaq.

İSTİ HAVA KÜTLƏSİ ŞİMALİ AMERİKADAN AVROPA VƏ ORTA ŞƏRQƏ DOĞRU...

Anomal istilər Avrasiya ilə kifayətlənmir. İsti hava kütləsinin Şimali Amerikadan Avropa və Orta Şərqə doğru yüksəldiyi bildirilir.

Kanadada isti hava 33 nəfərin ölümü ilə nəticəlinib. Vəfat edənlər əsasən kondisanersiz evlərdə yaşayan yaşlılar olub.

Bu cür kəskin istilər bir başa "Global istiləşmə" ilə əlaqələndirilmir. Hərçənd ki, bəzi elm adamları bunun səbəbini istixana qazlarına görə planetdə iqlimin getdikcə istiləşməsinə bağlayırlar.

Hidrometeorologiya Departamentinin direktoru Jeff Masters Assosited Press-ə deyib ki, bu kimi istilik dalğası əvvəlkilərdən daha çox irəliliyə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG