Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Stadionu hasarlayıb qapısına yekə bir qıfıl vurublar


Tikinti. Foto arxiv

«Bakıxanovda yer qalmayıb, göz görəsi bütün küçələri zəbt edib çoxmərtəbəli binalar tikirlər. Kiçik bir qəsəbəni hündür binalarla doldurublar, əvəzində yaşıllıqları məhv ediblər. İndi də məktəbin ətrafını hasarlayıblar. Vaxt vardı burada yaşayanlar səhər obaşdan bu məktəbin stadionunda qaçardı, sıx yaşıllığın kölgəsində sərinlənərdi. Məktəbin şagirdlərinə idman fənni bu stadionda keçirilərdi. İndi hasarlayıb qapısına da yekə bir qıfıl vurublar. Yerində yaşayış kompleksi tikməyə hazırlaşırlar».

Bunu AzadlıqRadiosuna Bakıxanov qəsəbəsi, Axundov küçəsinin sakinləri deyir. Söhbətsə eyni küçədə yerləşən 94 saylı orta məktəbin stadionundan və ətrafındakı yaşıllıqdan gedir.

«BU İŞİN İÇİNDƏ İŞ VAR»

Həmin küçədə yaşayan Mehdi Əsgərov deyir, təqribən 5 il əvvəl yerli icra hakimiyyəti stadionun qapısını qıfıllayıb. Bir müddət əvvəlsə məktəbin ətrafındakı yaşıllıq əraziləri hasara alıb:

***Buna da bax-Sakinlər: 'Hüququmuzu tələb edirik, deyirlər, təxribatçısınız'

«Stadionun ərazisinə giriş əngəllənəndə artıq bizə bəlli idi ki, bu işin içində bir iş var. Hərçənd, icra hakimiyyəti sakinləri inandırmağa çalışırdı ki, guya stadion əsaslı təmir olunandan sonra istifadəyə veriləcək. Ancaq bu yaxınlarda stadionun da ərazisi daxil olmaqla, iri bir yaşıllıq ərazini hasarlamaqları zənnimizi doğrultdu. Burada yaşayış kompleksi tikilməsi nəzərdə tutulub».

Bir müddət əvvəl məktəbin ətrafındakı yaşıllığı hasara alıblar. Hasarın üzərinə belə bir elan da yapışdırılıb: ««5 K» MTK burada yaşayış kompleksi tikir. Müvəqqəti narahatçılığa görə üzr istəyirik».

«BİZİM MƏMURLAR ALVERÇİDİRLƏR»

Sakin Etibar İskəndərov deyir, bu MTK dolayısı ilə elə Sabunçu rayon məmurlarına məxsusdur:

***Buna da bax-Nəsimi sakinləri: 'Yelləncəkləri qırdılar, 'besedka'ları kürüyüb atdılar...'

«Tək bu yox, Sabunçu rayonu ərazisində tikinti aparan şirkətlərin çoxunun arxasından icra hakimiyyətinin vəzifəliləri çıxır. İcra hakimiyyətinin binasının ətrafındakı tikililəri araşdırın, hamısını özləri tikdirib, alverlə məşğul olurlar. Bizim məmurlar alverçidirlər – maşın, ev alverçisi... İndi də bizim ərazini götürüblər. Sakinlər uzun illərdir ki, o yaşıllığı qoruyurdu. Özümüz suvarırdıq, qulluq edirdik».

Sabunçu Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, «5 K» MTK-nın qeyd olunan ərazidə yaşayış kompleksi tikməsi ilə bağlı bütün icazə sənədləri var:

«Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var. Yaşıllıqların qorunmasına isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamenti nəzarət edəcək. Sakinlərin hər hansı narazılıqları varsa, bunun üçün «məhkəmə» deyilən yer var. Ancaq bu başdan deyirik ki, hasarlanma və gələcəkdə aparılacaq tikinti işləri qanunidir».

Stadiona gəlincə, qurumdan bildirilib ki, həmin ərazi də abadlaşdırılacaq və istifadəyə veriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG