Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Paytaxtda yağışın fəsadları


Bakıda yağışın yaratdığı mənzərə, 23 sentyabr 2018
Bakıda yağışın yaratdığı mənzərə, 23 sentyabr 2018

23 sentyabr səhər saatlarından başlayayan yağış Bakıda bir sıra fəsadlar törədib.

Leysan yağış paytaxtın bəzi küçələri və yollarında kanalzasiya lüklarının dolmasına səbəb olub. Nətcədə yağış suyu bəzi yolları basıb.

Yolları su basması səbəbindən maşınların hərəkəti çətinləşib və bəzi yerlərdə tıxaclar yaranıb.

Fövqəladə Hallar Nazirliyinin yağış açıqlaması

Yağışın doğurduğu fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyi də açıqlama yayıb.

Nazirlik bildirir ki, sentyabrın 23-də səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, başqa obyektlərin yağış suları ilə dolması barədə “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

“Görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin görülməsini davam etdirir”, məlumatda vurğulanır.

Xatırlatma

Son illər Bakıda nisbətən güclü yağışlar oxşar mənzərə yaradır.

Prezident İlham Əliyevin sərəncamı ilə iki il əvvəl, 2016-ci ilin noyabrında Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup yaradılıb. Qrupun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

XS
SM
MD
LG