Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Bakıda velosiped yürüşü keçirilir


Azərbaycanda veloyürüş-2015
Azərbaycanda veloyürüş-2015

Bu gün, oktyabrın 7-də Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilir.

Yürüşün təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyi-ndən gəlib. Ona bir sıra dövlət qurumu və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi də qatılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkməkdir. Bununla istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini gücləndirmək istəyirlər.

Veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edəcək.

XS
SM
MD
LG