Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Bakıda işıqlar daha az sönə bilər


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını gücləndirmək məqsədilə Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik verilişi xətti çəkir.

“Azərenerji” ASC-dən verilən məlumata görə, yeni xəttin çəkilməsi enerji sistemin etibarlığını artırmaqla yanaşı, şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yaradacaq.

Verilən məlumata görə, yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik xətti üzrə 367 anker dayaqdan 365-nin quraşdırıldığı və 14 km istisna olmaqla, naqillərin asıldığı bildirilir.

Qurum qeyd edir ki, yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.

İstər paytaxt Bakıda, istərsə də, əyalətlərdə ən müxtəlif səbəblərdən ara-sıra elektrikin kəsilməsi ilə bağlı şikayətlər eşidilir. Ötən ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasından baş verən qəzadan sonra bu sahədə infrastrukturun təkmilləşdirilməsi və nöqsanların aradan qaıdırılmasına ümümulikdə 100 milyon manata yaxın vəsait ayrılıb.

Xatırlatma

Ötən il Mingəçevir İstilik Elektrik Stansiyasından (İES) bir neçə dəfə həyəcanlı xəbərlər gəlib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-ü səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

Həmin qəzalar zamanı bəzi ekspertlər vurğulayırdılar ki, bu sektora böyük pullar xərclənib və həmin vəsaitlərdən səmərəli istifadə edilməyib.

XS
SM
MD
LG