Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:57

Bakıda güclü külək, dağlıq ərazilərdə dolu gözlənir


foto arxiv

Avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 26-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi və dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-17, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG