Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:27

Bakıda daha 5 İran vətəndaşı həkim nəzarətinə götürülüb


İran, 27 fevral 2020
İran, 27 fevral 2020

Martın 1-də Bakıda koronavirus şübhəsi ilə 5 İran vətəndaşı həkim nəzarətinə götürülüb. Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

R.Əliyeva həmin şəxslərdən 1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində analiz götürüldüyünü söyləyərək əlavə edib ki, onlar müşahidə altına alınıb:

“Amma onlarda xəstəlik əlaməti hələ yoxdur. Vəziyyətləri yaxşıdır”

Həmin şəxslərin Bakıdakı otellərin birində qaldığı qeyd edilir.

Fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Fevralın 29-da isə daha iki nəfərin koronavirusa yoluxduğu bildirildi. Nəticədə Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatıb. Onlardan ikisinin Azərbaycan, birinin isə Rusiya vətəndaşı olduğu qeyd edilir. Hər üç şəxsin İran İslam Respublikasından gəldiyi deyilir. Üstəlik hazırda son günlər İrandan qayıtmış bir nəçə yüz şəxsin Azərbaycanın cənub rayonlarındakı xəstaxanalarda karantinə alındığı vurğulanır. Artıq Nazirlər Kabineti də fevralın 29-u saat 16:00-dan iki həftə ərzində İranla sərhəddin bağlandığını açıqlayıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi. İranda azı 40-dan çox şəxsin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar. Azərbaycan isə İranla sərhədi, yalnız fevralın 29-u saat 16-dan bağladığını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG