Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:08

Bakıda çox sayda avtomobil yanıb


Yanan avtomobil, Bakı, 5 iyun 2015
Yanan avtomobil, Bakı, 5 iyun 2015

Bu gün, iyunun 29-da Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

FİN bildirir ki, baş vermiş yanğın saat 15:11 dəqiqədə söndürülüb.

“Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək”, nazirlik qeyd edib.

APA agentliyinin xəbərinə görə, isə yanğın baş verən ərazi Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasıdır.

Xəbərdə qeyd edilir ki, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.

Üstəlik, yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobilin yandığı vurğulanır.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.

Daxili İşlər Nazirliyindən deyilənlər

Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya sonradan verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.

“Bura yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir. Yaxınlıqda Dövlət Yol Polisinə məxsus qorunan cərimə meydançası yerləşir. Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb. ”, - deyə mətbuat xidmətindən bildirilib.

XS
SM
MD
LG