Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:58

10 milyonuncu sakinə görə...


arxiv foto

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibəti ilə bu gün, aprelin 7-də Bakının bütün rayonlarında agacəkmə aksiyası keçiriləcək. Günün sonunda isə atəşfəşanlıq gözlənir.

Dünən, aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Körpə keçmiş Ağdərə rayonunda doğulan, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Çərkəz qızı Ocaqova ilə Rauf Yunis oğlu Həsənovun ailəsində dünyaya gəlib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını, uşağın valideyinlərini təbrik ediblər.

Multimedia

XS
SM
MD
LG