Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:22

Yağış yağdı, Bakıda avtomobillərin sıxlığı yarandı


Yollarda yağışdan gölməçələr yaranıb
Yollarda yağışdan gölməçələr yaranıb

Azərbaycan paytaxtı Bakıda və Abşeron rayonunda bu gün, sentyabrın 28-də yağan yağış problemlərə səbəb olub.

Həm paytaxtın, həm də ona bitişik Abşeron rayonunun bir sıra yaşayış məntəqələrindəki yollarda yağışdan gölməçələr yaranıb. Yerli sakinlərin bildirməsinə görə, belə hallar xüsusilə ucqar ərazilərdə özünü daha qabarıq göstərib.

Paytaxt Bakının özündə bəzi küçələrdə yağış avtomobillərin hərəkətinə də problem yaradıb. Bəzi küçələrdə avtomobillərin sıxlığı müşahidə edilib. Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində belə bir sıra küçələrdə iri gölməçələr yarandığı bildirilir.

Bakıda hər yağış yağanda oxşar problemlər özünü göstərir. Ekspertlər bunu, əsasən, kanalizasiya problemi ilə izah edirlər.

Hələ 2016-cı ildə prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupun yaradılması haqqında Sərəncam imzalamışdı. 10 nəfər üzvdən ibarət işçi qrupun rəhbəri Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev (2019-cu ildən o vəzifədə işləmir) olmuşdu. Ondan sonra həmin sərəncamla bağlı görülən işlərə aid ölkə ictimaiyyətinə bir elə də informasiya verilməyib. Müxtəlif yerli, aidiyyəti qurumlar isə, bir qayda olaraq, problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiklərini deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG