Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 22:06

Bakıda tikintilərə icazəni Arxitektura Komitəsi verəcək


Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Prezident İlham Əliyev bu gün, avqustun 1-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Bu sırada tikinti obyektlərinin tikintisinə, istismarına icazələri Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyinin verildiyi hallar istisna olunur.

Sənəddə həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunun tətbiqi barədə prezidentin 2012-ci ildə imzaladığı fərmana dəyişiklikləri də nəzərdə tutur.

Həmin dəyişikliklər əsasən, tikintilərə icazə verilməsi proseduru ilə bağlıdır. Dəyişikliklər Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə icazə proseduruna başqa qurumlarla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də daxil edilməsini nəzərdə tutur.

Fərmanda habelə, Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə bir sıra tapşırıqlar da verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG