Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:42

Bakının Füzuli meydanı və “Təzəpir məscidi ” kompleksinin ətrafında uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı yenidənqurma işləri aparılır. Xəbəri “Azəravtoyol ”ASC yayıb.

Xəbərə görə, təmir və yenidənqurma işlərin 80 faizi yekunlaşıb.

Məscid ətrafındakı yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulur.

Xəbərdə qeyd edilir ki, Balababa Məcidov küçəsində işlər tam başa çatıb, Abdulla Şaiq küçəsində isə işlərin 90 faizi yekunlaşıb.

ASC bildirir ki,Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır.

Xəbərə görə, Mirzağa Əliyev, Füzuli küçələrində də işlər davam edir. bütün işlərin may ayının əvvəlində tamamlanması nəzərdə tutulur.

Həmin ərazilər əsasən son illər söküntü işlərinin aparıldığı keçmiş “ Sovetski ” küçəsinə düşür

Günün bütün mövzuları

XS
SM
MD
LG