Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 04:27

Bakı metrosunda qatarlar arasında vaxt artirılır


Bakı metrosu, 26 mart 2019

Bakı metropolitenində iyul ayının 1-dən qatarların hərəkəti yay qrafikinə keçir

Bu barədə “Bakı Metropoliteni” qapalı səhimdar cəmiyyəti-ndən (QSC) iyunn 29-da yayılan məlumatda bildirilir:

“Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək”

Məlumata görə, mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Məlumatda habelə qeyd edilir ki, sərnişinlərin az olduğu səhər erkən, axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

QSC həmçinin bildirir ki, xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi ( sentyabrın 15-nə qədər) qüvvədə qalacaq.

Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda onun 25 stansiyası var. Xətlərinin ( 3 xətli) uzunluğu isə 36,6 kilometrə bərabərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG