Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:20

Metroya ehtiyat elektrik təchizatı mənbəyi axtarılır


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi hallarda qurumun ehtiyat elektrik təchizatı mənbəsi ilə təmin edilməsi ilə bağlı işlərə başlanıb.

Bu haqda "Bakı Metropoliteni" QSC-nin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmayıb.

“Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik təchizatı mənbəsi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir”, məlumatda bildirilir.

"Bakı Metropoliteni" qeyd edir ki, məsələnin həlli istiqamətində təkliflər hazırlanacaq:

“Ölkənin elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq. Artıq "Bakı Metropoliteni" QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb”.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilmişdi.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektirikin böyük ölçüdə bərpa edildiyi açıqlanmışdı

Metro stansiyaları həmin gün, saat 19-dan bağlanmışdı. Qurum işini bir də iyulun 4-də günorta saatlarında bətpa edə bildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG