Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:46

Bakının Mərkəzi rayonu ideyası düyünə düşüb?


"Bakı beletaj formasındadır. Böyük binalar yuxarı hissələrində tikilməlidir"
"Bakı beletaj formasındadır. Böyük binalar yuxarı hissələrində tikilməlidir"

Artıq bir müddətdir ki, Azərbaycan kütləvi informasiya vasitələrində Bakının Mərkəzi rayonunun yaradılması ideyası barədə müxtəlif məlumatlar yayılır. Lakin illər keçsə də, bundan heç bir xəbər yoxdur. Hələ 2019-cu ildə Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm, o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var".

Onun fikrincə, Yeni Yasamal ilə Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz: "Bu, təbiidir. Onda sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik".

"Bir qalanın sirri"
Gözlə
Embed

No media source currently available

0:00 0:14:58 0:00

Prezident: "Gərək biz bunu təhlil edək"

Prezident İlham Əliyev də həmin görüşdə Bakı Şəhər İcra Hakimiyyətinə və Memarlar İttifaqına Mərkəzi rayonla bağlı təklifi təhlil etməyə göstəriş verib: "…Mən Bakının Mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir".

Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəz

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a bildirilib ki, sözügedən yeniliklərin də əhatə olunduğu Bakı şəhəri Baş Planının ilkin layihəsi artıq hazırdır: "Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub".

Qurumdan vurğulanıb ki, Mərkəzi Planlaşdırma Rayonu 1 min 31.4 hektar ərazini əhatə edəcək: "Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Dörd rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir". Habelə bildirilib ki, Bakı şəhərinin Baş Planı təsdiqlənəndən sonra rayonun adı, dəqiq sərhədləri barədə detallı danışmaq mümkün olacaq.

Bu binalarda yanğın olarsa, söndürmək az qala mümkünsüzdür
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

"Mərkəzdə hündürmərtəbəli binalar tikilməməlidir"

Şəhərsalma üzrə ekspert Rahab Qaziyev də AzadlıqRadiosuna bildirib ki, Mərkəzi rayonun yaradılması ilə bağlı təklif düzgündür: "Şəhərin mərkəzi hissəsi bir əldə cəmləşəsidir ki, məsuliyyət də bir mərkəzdə olsun".

İnşaatçı deyir ki, şəhərin mərkəzində hündürmərtəbəli binalar tikilməməlidir: "Bakı beletaj formasındadır. Bulvardan qalxıb gedir çıxır Yasamal və qıraqlara. Böyük binalar elə yuxarı hissələrində tikilməlidir. Onlar isə başladılar şəhərin mərkəzində 16-18-mərtəbəli binaları tikməyə. Elə layihələr var ki, orada bina 12-mərtəbəlidir, amma 18 mərtəbə tikiblər. Bundan əlavə, prezident üç dəfə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verib, amma bu, həll olunmur".

"Bizdə yaxşı təkliflərə həmişə güclü təzyiq olur"

R.Qaziyevin sözlərinə görə, hələ ki, alınmır: "Bizdə yaxşı təkliflərə həmişə güclü təzyiq olur".

Bakı Şəhər İcra Hakimiyyətindən də bu məsələ ilə bağlı Bakının Baş Planın təsdiqlənməsini gözlədiklərini bildiriblər.

Bakıda böyük sürüşmə təhlükəsi - ekspert xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:05:55 0:00

Bakının mərkəzi rayon icra hakimiyyəti başçıları və Prezident Administrasiyası rəsmiləri ilə isə, hələlik, bu mövzuda danışmaq mümkün olmayıb.

Bu günlər APA agentliyinə müsahibə verən Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə də bu məsələdə yubanmaya toxunub. O vurğulayıb ki, pandemiya, müharibə ilə əlaqədar işlər dayanıb: "Bu gün deyirlər ki, birinci növbədə Qarabağdır, birinci növbədə oranı həll edək. Mənə elə gəlir ki, məsələ təkcə bu deyil, burada müəyyən maraqlar var… Ancaq onu da bilirəm ki, bir gün prezidentin yenə yadına düşsə, cəzalandıracaq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG