Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Sürət qatarı Kürdəmirdə problemlə üzləşib


arxiv foto, Bakı -Sumqayıt qatarı
arxiv foto, Bakı -Sumqayıt qatarı

Yanvarın 5-də Bakı-Gəncə qatarında problem yaşandığı bildirilir.
"Qafqazinfo” saytı-nın xəbərinə görə, problem qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində yaşanıb.

"Azərbaycan Dəmir Yolları İdarəsi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Sevinc Qədirova bildirib ki, elektrik xəttində nasazlıq baş verib və bu səbəbdən qatarı Bakıya gətirməkdən ötrü teplovoz göndərilib. Qatarın 8 dəqiqə gecikmə ilə Bakıya çatdığı qeyd olunur.

Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarı ötən ilin sonu, dekabrın 30-dan işə düşüb. Qatarın yolda olma müddətinin 4 saat 28 dəqiqə təşkil etdiyi bildirilir. Orada bilet qiymətləri 3 klass üzrə fərqlidir. Standart yerlərə bir biletin qiyməti 15 manat, 'biznes-klass'da 50, 'birinci-klass'da isə 100 manat təşkil edir. Bu qtarda qiymət və sürət sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Bəzi insanlar sürətin aşağı, qiymətin yüksək olmasından gileylənirdilər.

XS
SM
MD
LG