Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 21:50

Bayrama görə, gediş haqqı 50 faiz endirilib


Bakı-Sumqayıt qatarı, arxiv foto

Martın 20-də Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə göndəriləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti (QSC) məlumat yayıb.

“Novruz bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - məlumatda bildirilir.

4 vaqondan ibarət Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında birinci class (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Standart yerlərdən gediş haqqı 10, biznesdə 50, birinci klassda isə 100 manatdır.

Xatırlatma

Bakı-Gəncə-Bakı sürət qatarı 2018-ci il dekabrın 30-da işə düşüb. Bakı-Gəncə marşrutuna bilet qiymətləri 3 klass üzrə fərqlidir. Standart yerlərə bir biletin qiyməti 15 manat elan edilmişdi. «Biznes-klass»da bir bilet 50, «birinci-klass»da isə 100 manat təşkil edir.

Həmin vaxt qiymətlər sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları qiymətləri yüksək hesab edirdilər.Yanvarın sonunda standart yerlərə bir biletin qiyməti 15 manatdan 10 manata endirilib.

Multimedia

XS
SM
MD
LG