Formula 1-ə etiraz: 'Getsinlər Umbakıda asfalt çəksinlər, orada sürsünlər'
Bu il də "Formula 1" yarışı səbəbindən Bakının mərkəzi küçələri hasarlanıb. İqtisadçı Akif Nəsirlinin fikrincə, bu turniri paytaxtın mərkəzində deyil, şəhərdən kənarda, məsələn, Qaradağ rayonunun Umbakı qəsəbəsində təşkil etmək olar. Ekspert vurğulayır ki, yarışın gətirdiyi dividendlər nə qədər böyük olsa da, vətəndaşların hüquqlarından üstün ola bilməz: "İnsanların öz vətənində, öz paytaxtında sərbəst hərəkət etmək hüququ var. Bəs bu hüquq nəyə görə məhdudlaşdırılır? Hansı milli marağa görə? "Formula 1" heç də həyati vacib məsələ deyil".
Arxiv
-
Oktyabr 07, 2026'Qanunları nə qədər ayaq altına atmaq olar?' - ToplumTV məhkəməsi
-
Oktyabr 07, 2026Məmur və vətəndaşın pensiyaları arasında uçurum var