Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Aeroporta vaxtında gəlib, amma görüb ki, təyyarəsi uçub...


►Əqrəblər Azərbaycana əməlli -başlı çaşqınlıq yaradıb

Martın 28-də səhər tezdən Nyu-Yorka getməkdən ötrü Bakı aeroportuna gələn Emil Abdullayev sürprizlə qarşılaşıb. Emil deyir, vaxtında aeroporta gəlsə də, təyyarəsi çoxdan Nyu-Yorka uçubmuş:

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

“Uçuşum səhər saat 6-da olmalıydı. Aeroporta da vaxtında gəlmişdim. Mənə dedilər ki, “təyyarən çıxıb”. Bileti göstərdim ki, “necə ola bilər, axı uçuşum saat altıyadır”. Dedilər ki, “ölkədə saatlar çəkilməyib, ancaq biz saatları 1 saat çəkdik. Şikayətin varsa, ərizə yaz””.

Emil deyir ki, şikayət ərizəsi yazıb. Bundan sonra isə aeroportda oxşar duruma düşən digər sərnişinləri də görüb. Dediyinə görə, səs-küydən sonra onlara martın 28-ə uçuş veriblər. Emilə isə aprelin 2-də Nyu-Yorka gedə biləcəyini bildiriblər:

“Dedim, “bu, necə ola bilər, orda işim-gücüm, planlarım var. Əgər ayın 2-ə qədər vaxtım olsaydı, bileti də həmin vaxta alardım”. Ancaq məni borclu çıxardırlar ki, “gecikmişiniz”. Nə email göndəriblər, nə zəng ediblər. Xəbər versəydilər, mən də bilərdim ki, vaxt dəyişib, onların dedikləri vaxtda gedərdim”.

“Qərar bir neçə ay əvvəldən göndərilməliydi”

İnternet məsələləri üzrə mütəxəssis Şaiq Muradov deyir ki, saatlar avtomatik tənzimləndiyindən ən böyük problem nəqliyyatda, xüsusilə hava nəqliyyatında, onlayn alış-verişlərində yaranıb.

Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Kompüter və smartfonlardakı saat problemi isə daha çox onların əməliyyat sistemi ilə bağlıdır. Əməliyyat sistemləri ölkələrin beynəlxalq saat qovşaqları qaydalarına uyğun olaraq onları avtomatik geri və irəli çəkir. Azərbaycanda isə qərar gec verilib:

“Hava yolu şirkətləri bu problemin qarşısını almalıdırlar. Qərar rəsmi qurumlarda ancaq imza ilə başa gəlib deyə, bunu vaxtında həmin əməliyyat sistemlərinə tətbiq eləmək alınmadı. Əməliyyat sistemlərinə tətbiq eləmək müəyyən vaxt istəyir. Bu qərarı bir neçə ay əvvəldən müvafiq yerlərə göndərsəydilər, belə problem olmayacaqdı. Hər şey çox tez baş verdiyinə görə, bu yenilik həmin texnoloji cihazlara bir növ tanıdılmayıb”.

Şaiq Muradov deyir ki, adamlar özləri avtodəyişməni söndürə, cihazlarındakı saatları indiki vaxta çevirə bilərlər. Yazışmalarda göndərilən emaillərin saat göstəricilərinin fərqinə gəldikdə, əgər vacibdirsə, imza bölməsində saat da yazılsın.

Mütəxəssisin fikrincə, problemin bütövlükdə həlli bir neçə həftə, bəzən aylarla çəkə bilər.

“Təyyarələr bir saat tez uçacaq”

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, Azərbaycanda saat irəli çəkilmədiyinə görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq aviareysləri ölkənin hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq:

“Ona görə də AZAL-ın martın 26-dan sonrakı reyslərinə aviabilet almış sərnişinlərin aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edilir”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Şəxsi problem?

Azərbaycanın yay vaxtına keçməməsi ilə bağlı Nazirlər Kabinetinə təklifi Milli Elmlər Akademiyası vermişdi. Bəs, yaranacaq mümkün problemlər gözə alınmışdımı? AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyir ki, hazırda bu sahədə heç bir problem yoxdur:

Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

“Əl telefonumda vaxt bir saat qabağa keçibsə, bu, mənim şəxsi problemimdir, cəmiyyətin problemi deyil. Mobil telefonda da düzəldib işləmək olur. Burda nə problem var ki? Proqramda kiçik bir dəyişiklik edəndən sonra hər şey yoluna düşür. Bu, ayrı-ayrı şəxslərin mobil telefonlarıdır, evlərdəki, işlərdəki kompüterləridir, zəhmət çəkib bunu tənzimləsinlər. Kimsə də aeroporta gecikirsə, bu da cəmiyyətin problemi deyil. Elan verilir ki, aeroporta filan vaxtdan sonra alınmış biletlər üçün bir saat tez gəlmək lazımdır. Çünki biletlər bir neçə vaxt əvvəl alınıb. Aeroporta gedəndə bunu nəzərə almaq lazımdır”.

“Bu, texniki məsələdir, tezliklə həllini tapacaq”

Azərbaycanın yay vaxtına keçməməsi ilə bağlı qərarı Nazirlər Kabineti verib. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli deyir ki, ortaya çıxan problemlər texniki məsələlərdir:

Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

“Bunlar texniki məsələdir, elə bir həyacandoğurucu problem yoxdur. Yəqin ki, yoluna qoyular. İndi bizdə bütün xəbərdarlıqlar da yayılır ki, hələlik, hər kəs texniki proses həll olunana qədər kompüterini, mobil telefonunu özü ayarlasın. Bu, texniki məsələdir, tezliklə həllini tapacaq”.

Aki Əli deyir ki, texniki məsələ bir saatdan sonra da, bir neçə günə də həll oluna bilər. Ancaq uzun müddət çəkməyəcək.

“Düzələcək”

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin isə cavabı qısa oldu:

Gözlə

No media source currently available

0:00 0:00:06 0:00

“Düzələcək və düzəlməsi üçün işlər həyata keçirilir. Çox qısa bir zamanda bütün məsələlər həll olunacaq”.

Bu səhər Nyu-Yorka uçmalı olan Emil Abdullayev isə şikayət üçün aeroportdan sonra AZAL-ın baş ofisinə gedib. Hələ də şikayətinin araşdırılmasını gözləyir.

Buna da bax: İntiqam Əliyev: "Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm"

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG