Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Səfir yenə jurnalist Aytən Məmmədovaya hücumdan danışdı


Jurnalist Aytən Məmmədova
Jurnalist Aytən Məmmədova

"Biz, əlbəttə ki, tək Azərbaycanda deyil, digər ölkələrdə də insan hüquqlarının pozulması faktlarından narahatlığımızı hökumətin diqqətinə çatdırırıq". Bunu "Turan"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanda insan hüquqlarının pozulması halları haqqında səfirliyin bu yaxında verdiyi bəyanatları şərh edərkən bildirib.

"Həm yaydığımız press-relizlərdə, həm də hakimiyyətlə şəxsi əlaqəlirimiz vasitəsilə bu narahatlıqlarımızı hökumətə çatdırırıq. Bu narahatlıqların mənbəyi jurnalist Aytən Məmmədovaya, fəal Bəxtiyar Hacıyevə edilən hücumlar, küçə aksiyaları zamanı göstərilən təzyiqdir", - səfir bildirib.

O əlavə edib ki, insan hüquqları çox geniş anlayışdır və milli azlıqların hüquqlarını, gender bərabərliyini, LGBT icmasının hüquqlarını da əhatə edir.

Bıçaqla təhdid olunan jurnalisti hökumət necə mühafizə edir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinə səsləndi

Dinc etirazlar açıq siyasi sistemin elementidir”

“Turan” Agentliyinin xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndəsi mayın 17-də müxbirlərinin mayın 14-də Bakıda dinc etiraz aksiyası zamanı zorakılıq halları ilə bağlı sorğusuna cavabında bildirib.

Xəbərə görə, O daha sonra da sorğuya cavab olaraq bunları əlavə edib:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti kütləvi informasiya vasitələrinin təhlükəsizliyini təmin etməyə, jurnalistlərin öz işlərini qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq".

DİN Britaniya səfirliyi ilə razılaşmır

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mayın 14-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlamasına münasibət bildirib.

DİN qeyd edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna zidd keçirilməsinə baxmayaraq, polis aksiyaya müdaxilə etməyib, əksinə, iştirakçıların təhlükəsizliyi təmin olunub və onun yekununda müvafiq bəyanat səsləndirilib: "Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb".

DİN hesab edir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi aksiyaya yanlış qiymət verib: "Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk".

Səfirlik: "Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır"

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi mayın 14-də ictimai fəalların Bakıdakı aksiyasi ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır: "Mayın 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev, Aytən Məmmədova kimi bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur".

Səfirlik hesab edir ki, bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır.

DİN saxlananların oldmadığını deyir

Aksiyadan bir qədər sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “ Turan” İnformasiya Agentliyinə deyilib ki, aksiya iştirakçılarından saxlanan yoxdur.Nazirlikdən habelə vurğulandığına görə, üstəlik, aksiyada hər hansı inisdent baş verməyib.

Təşkilatçılar da aksiyada saxlananların hamsının buraxıldığını təsdiqləyiblər.Onların vurğulamasına görə, təkcə polisdən 30-a yaxın aksiya iştirakçısı buraxılıb.Təşkilatçılar əlavə ediblər ki, saxlananlardan polisə aparılmayıb, şəhərdən kənarda sərbəst buraxılanlar da olub.

Yürüş iştirakçılarının sonda qətnaməsi oxunub.

Qətnamə Daxili İşlər Nazirliyinin binasının yaxınlığında səsləndirilib.

Qətnamədə ictimai fəallara, müxalifətçilərə və jurnalsitələr qarşı cinayətlər pislənib.

Bakıda etiraz aksiyası, saxlananlar olub
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Qətnamədən sonra hüquq müdafiəçisi Rüfət Səfərov deyib ki, müxtəlif bölmələrdə aksiya iştirakçılarından saxalan var və onlar onların da buraxılmasını tələb edirlər.

Hələlik, baş verənlərə, səslənən tələblərə Daxili işlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Amma bir qayda olaraq rəsmilər ölkədə siyasi cinayətlərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Daxili İşlər Nazirliyi həm jurnalist Aytən Məmmədova hücüm, həm də gənc fəal Bəxtiyar Hacıyevin şikayəti ilə bağlı cinayət işinin açıldığını, araşdırma aparıldığını bildirib.

--

Bakıda mərkəzi meydanlardan birindən başlayan yürüş davam edir. Yürüş iştirakçılarının ətrafınıda polis sıraları var. Amma onlar irəliləməkdədir.

Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər.

Polis yürüşün qarşısını kəsib

Polis yürüş iştirakçılarının qarşısını kəsib. Bundan sonra aksiya iştirakçıları ”Polis haqqa yol ver” şüarı səsləndiriblər. Habelə, “ Azadlıq”, “Qanuni ayaqlama, jurnalisti bıçaqlama” kimi də şüarlar səslənib.

Artıq aksiya iştirakçılarından da saxlanan var.

Polis yürüş iştirakçılarına müdaxilə edib və yeni saxlananlar olub.

Amma şəhərin mərkəzi ərazisində yenə "Dayandır cinayəti, öldürmə ədaləti" və başqa şüarlar səsləndirilməyə başlanıb.

Saat 15:00 radələrində onlarla fəal Bakının mərkəzi ərasisində “ mafia dövlət istəmirik” və başqa şüarlar səsləndirərək yürşə başlayıblar. Onlar başqa şüarlar da səsləndiriblər.

Aksiya iştirakçılarından Müsavat Partiyası və Milli Şiranın üzvü Töfiq Yaqublu deyib ki, aksiya dinc xarakter daşıyır. Onun deməsinə görə, məqsəd belə cinayətlərə etiraz etməkdir. Tofiq Yaqublu deyib ki, hakimiyyət belə cinayətləri himayə etmirsə, onlar açılmalıdır.

Növbəti bir qrup fəal da Bakının mərkəzi ərazisinə toplaşaraq yürüş etməyə cəhd göstərib.Müxtəlif şüarlar səsləndirən bu şəxslərin qarşısını polis alıb.

Polis bir çox fəalı Bakıda saxlayaraq aparıb.

Həmin fəallar saxlanarkən "Dayandır cinayəti, öldürmə ədaləti", “ Kriminal dövlət istəmirik” kimi şüarlar səsləndiriblər.

--

Bu gün, mayın 14-də nəzərdə tutulan aksiyanin təşkilatçılarından bəzilərinin saxlandığı bildirilir.
Bu barədə onların yaxınları məlumat yayıb.
Amma məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir. Təşkilatçılar bildiriblər ki, bu aksiyaya son vaxtlar jurnalist Aytən Məmmədovaya silahlı təhdid, gənc fəal Bəxtiyar Hacıyevin oğurlanaraq döyülüb, təhqir edilməsi və başqa bu kimi olaylara etiraz məqsədi ilə planlaşdırılıb.
Təşkilatçıların sözlərinə görə, aksiyanın tələbi "Kriminal dövlət istəmirik", əsas şüarlarından biri isə "Öldürmə ədaləti, dayandır cinayəti"dir.

Amma aksiya şəhər rəhbərliyi ilə razılşdırılmayıb.Təşkilatçılardan brinin deməsinə görə, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etməsələr də, sosial şəbəkə vasitəsilə qurum xəbərdar edilib.Onun vurğulamasına görə, qanunvericilikdə də şəhər rəhbərliyindən icazə almaq yox, onu xəbərdar etmək nəzərdə tutulur.

Amma öz növbəsində, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də bildirmişdi ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq", deyə o qeyd etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG