Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 16:36

Azərbaycanda televiziya günüdür


Bakı
Bakı

Fevralın 14-ü Azərbaycanda televiziyanın yaradılmasının növbəti il dönümüdür.

Azərbaycan Dövlət Televiziyası ilk dəfə 60 il əvvəl - 1956-cı ilin 14 fevralında efirə çıxıb. Azərbaycanın ilk efirində “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Bakı Televiziya qülləsi
Bakı Televiziya qülləsi

Azərbaycan televiziyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Televiziya o zamanlar Mədəniyyət Nazirliyinin tabeçiliyində olub.

1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya Radioinformasiya İdarəsi ilə birləşdirilib. Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb.

Azərbaycan televiziyasında ilk canlı yayım 1957-ci il iyunun 9-da olub. Həmin gün SSRİ çempionatı çərçivəsində respublika stadionunda keçirilən futbol oyunu canlı translyasiya edilib.

AzTV bu günədək fəaliyyətini davam etdirir. Azərbaycan prezidentinin 23 mart 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla belə səhmdar cəmiyyətin bütün səhmləri hələ də dövlətin əlindədir.

Media ekspertləri hesab edir ki, AzTV qanunvericiliyin teleradio yayımında inhisarçılığı qadağan edənmüddəalarını pozmaqla fəıaliyyət göstərir.

Dövlət büdcəsindən maliyyələşən Az TV hazırda 3-Az TV, “İdman Azərbaycan” və Mədəniyyət kanallarının yayımını həyata keçirir. Bu Televiziya və radio yayımı haqqında qanunun inhisarçılığı məhdudlaşdıran normalarının pozulması kimi dəyərləndirilir.

XS
SM
MD
LG