Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:58

Cammata böyük "pullar atan" TQDK rəsmisi, vəkil və inspektor


Bakı ağır cinayətlər məhkəməsi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olmuş Elnur Nağızadə haqqında məhkəmənin qərarı ilə həbsli axtarış elan olunub. Yəni o, harada tapılsa, dərhal həbs olunacaq. Müxtəlif adamlardan övladlarını ali məktəblərə və ya özlərini işə düzəltmək adıyla böyük məbləğlərdə pul alıb qaytarmamaqda suçlanan Nağızadə haqqında cinayət işi başlanıb, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

150 MİN DOLLAR VERDİKLƏRİNİ DEYİRLƏR

Məsələn, paytaxt sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov polisə şikayət ərizələrində yazıblar ki, Elnur Nağızadəyə işə düzəlmək üçün 150 min dollar pul veriblər. Amma nə işə düzələ biliblər, nə də pulları geri qayıdıb.

TQDK
TQDK

Elnur Nağızadənin ölkəni tərk etdiyi bildirilir. Amma onun adı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan başqa bir işdə hallanır. Sabrina Alxasova adlı qadın da imtahan vermədən universitetə tələbə qəbulu, işə düzəltmə kimi adlarla adamlardan pul alıb, onları aldatmaqda təqsirli bilinib. Məsələ burasındadır ki, Alxasova pul aldığı adamlara universitetə qəbul, işə düzəltmə məsələsində ona Elnur Nağızadənin kömək edəcəyini deyirmiş. Araşdırmalar zamanı da onların əlaqəsi üzə çıxıb. Sabrina Alxasova 7 il 6 ay həbs cəzası alıb.​

CƏZASINI AZALTMAQ ÜÇÜN 17 MİN ALIB

Alxasova yenə məhkəmə önünə çıxarılıb, bu dəfə isə onun özünü aldadıb pul alıblar. Pulu alanların biri Ədliyyə Nazirliyinin inspektoru, o biri də vəkildi.

Vəkillər Kollegiyasının üzvü olan Lətif Ağayev Alxasovanın cəzasını yüngülləşdirmək üçün onun həyat yoldaşından 17 min manat pul alıb, heç bir iş görməməkdə suçlanır. Hazırda onun da işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.

İttihama görə, Alxasovanın cəzasının yüngülləşməsi üçün onun həyat yoldaşı Lətif Ağayev və Tahir Şəbiyevə ümumilikdə 31 min pul verib. Həmin vaxt Şəbiyev Ədliyyə Nazirliyinin böyük inspektoru işləyib. Bir müddət əvvəl məhkəmə onun da işinə baxıb, Alxasovanın həyat yoldaşı Mehdi Süleymanovdan aldığı pulu geri qaytarıb ziyanı ödədiyinə görə ona şərti cəza verilib.

31 MİN VERİB

Vəkil Lətif Ağayevin mühakiməsi isə davam edir. Məhkəmədə Mehdi Süleymanov deyib ki, həyat yoldaşı haqda hökm çıxandan sonra Tahir Şəbiyev Alxasovanın cəzasının Bakı Apellyasiya Məhkəməsində azaldıla biləcəyini deyib və bundan ötrü 35 min manat istəyib. Danışıqlardan sonra məbləğ bir qədər aşağı düşüb. Zərərçəkənin dediyinə görə, ümumilikdə 31 min pul verib, bu məbləğin bir hissəsi işə baxan hakimə çatmalıydı.

Amma Tahir Şəbiyev heç bir köməklik göstərməyib. Bir xeyli müddət də telefon zənglərinə cavab verməyib. Günlərin birində isə deyib ki, onun danışıqlarını dinləyirlər, ona görə Lətif Ağayevlə əlaqə saxlamaq lazımdır.

Zərərçəkənin iddiasına görə, 31 minin 17 minini Lətif Ağayevə verib, o da cinayət məsuliyyətinə cəlb olunandan sonra bunun 8 min 500 manatını qaytarıb.

Amma təqsirləndirilən vəkil aldığı məbləğin zərərçəkənin dediyi qədər olmadığını söyləyir.

Sabrina Alxasova özü də məhkəmədə dindirilib: "Mən Kürdəxanıda türmədən evlə danışanda o vaxt Ədliyyə Nazirliyinin böyük inspektoru olan Tahir də eşidirdi. Mənə dedi ki, işimin azaldılmasına kömək edə bilər. Mən də bunu həyat yoldaşıma dedim. Pulu alsalar da, kömək eləmədilər”.

Buna da bax:Elnur Nağızadə ilə bağlı cinayət işi dayandırılıb

Buna da bax:Ədaləti necə tapmalı? - Məhkəmə? Yuxarılara şikayət?

Günün bütün mövzuları

XS
SM
MD
LG