Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Bakının rəhbəri şəffaflıqdan danışıb


E.Əzizov
E.Əzizov

Bugünlərdə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə bu gün, aprelin 24-də BŞİH-nin mətbuat xidmətindən bildiriblər.

Müşavirənin iş metodlarına, eləcə də korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunduğu bildirilir.

Məlumata görə, BŞİH rəhbəri Eldar Əzizov deyib ki, hələ də bəzi neqativ hallar mövcuddur. «Belə hallarla ciddi mübarizə aparılacaq və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək», - şəhər başçısı söyləyib.

Mətbuat xidmətinin bildirməsinə görə, E.Əzizov vurğulayıb ki, Bakı şəhər lift təsərrüfatının yenilənməsi ilə bağlı Almaniyanın «Wittur» şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.

E.Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təmin edilməsindən ötrü gələcəkdə bütün alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Məlumata görə, şəhər rəhbəri habelə, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda bəzi neqativ hallara toxunub. O, bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffaflığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG