Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir (VİDEO)


Bakıda parad
Bakıda parad

Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni- daşnak və bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.

İlham Əliyev: “Azərbaycan bunu unutmayacaq”

“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Gün gələcək bayraqlarımız işgal altındakı bütün torpaqlarda qaldırılacaq”.

Bu gün, sentyabrın 15-də “Azadlıq” meydanında keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev belə deyib.ı

Onun dəvətini qəbul edib Azərbaycana gələn Türkiyə prezidenti Receb Tayyib Erdogana xüsusi təşəkkür edən İ.Əliyev 100 il əvvəl Qafqaz İslam Ordusunun yardımı ilə Bakının işgaldan azad edilməsindən bəhs edib.

Prezident Cumhuriyyətin qurulmasından danışarkən qeyd edib ki, həmin vaxt müsəlman aləmində ilk dəfə cmuhuriyyət qurulub, AXC böyük çətinliklərlə üzləşib, öz ərazilərinə nəzarət etməsində çətinliklər olub.

İ.Əliyev deyib ki, məhz Qafqaz İslam Ordusunun, Nuru Paşanın gəlməsi ilə Bakının işğaldan azad edilməsi mükün olub. Bu addım böyük hadisə adlandıran prezident vurğulayıb ki, Azərbaycan bunu heç vaxt unutmayacaq.

Cümhuriyyətin iki ildən sonra süqut etdiyini söyləyən İ.Əliyev Azərbaycanın 1991-də müstəqilliyini bərpa etməsindən də danışıb. Əliyev həmin vaxt Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə olduğunu xatırladaraq bunu “qardaşlıq nümunəsi” adlandırıb və Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tayı-bərabəri olmadığını qeyd edib:

“Dünyada ikinci belə bir nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, dayaq olsun”.

O Azərbaycan-Türkiyə əlaqələrindən, birgə həyata keçirilən tarixi enerji layihələrindən danışıb. Prezident “Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq” söyləyib.

“Bu layihələri yalnız biz birlikdə edə bilərdik və etdik. Yalnız birgə səylərimizlə buna nail ola bilmişik. İki ölkə bu layihələrin faydasını görür”.

İlham Əliyev ordu quruculuğu işlərindən də bəhs edib: “Bizim güclü orduya ehtiyacımız var. Çünki torpaqlarımız işgal altındadır”.

Erdogan: Azərbaycanın sıxıntısı sıxıntımızdır

Türkiyə prezidenti R.T.Erdogan da çıxışının əsas hissəsini iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olması üzərində qurub.

“Azərbaycanda bizim 1132 şəhidimiz var. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin uyuduğu ölkədir”, - deyən Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə keçmişi bir, mədəniyyəti bir, dini bir, dili bir iki qardaş ölkədir. O, Azərbaycn şairi Bəxtiyar Vahabzadənin bir şerini də oxuyub:

“Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə”.

Erdogan bildirib ki, hazırda Bakının işgaldan azad edilməsinin 100 illiyi yox, həm də iki ölkə arasındakı qardaşlıq yad edilir.

Azərbaycana hər cür dəstək verdiklərini, verməyə davam edəcəklərini vurğulayan Türkiyə prezidenti bu tərəfdaşlığın davam edəcəyini də qeyd edib.

“Azərbaycanın sevinci sevincimiz, qürüru qürurumuz, dərdi dərdimiz, sıxıntısı sıxıntımızdır. Azərbaycan sevinərsə, sevinər, ağlarsa ağlarıq”, - söyləyən Erdogan Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb.

“Dağlıq Qarabağ sorunu eyni dərəcədə bizim üçün də sıxıntı qaynağıdır. Türkiyə olaraq çözüm üçün Azərbaycanın ortaya qoyduğu bütün səyləri dəskləyəcəyik. 1 milyondan artıq qaçqın qardaşımızın dərdlərinin bitməsini istəyirik”.

O Türkiyə-Emənistan sərhədlərinin açılması perspektivləri ilə bağlı da mesaj verib. Erdogan deyib ki, Qarabağ problemi çözülməzsə, onlardan sərhədlərin açılmasının istənilməsi faydasızdır.

Bütün qonşularla yaxşı əlaqələr istədiklərini ifadə edən Türkiyə prezidenti çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin çözülməsinin Ermənistanla münasibətlərin yaxşılaşmasının “olmazsa-olmaz” şərti olduğunu vurğulayıb.

--

Parad başlayıb

Bakının işğaldan azad edilməsinə həsr edilmiş parad keçirilib.

Qurtuluş günü münasibəti ilə Bakıda hərbi parad keçirildi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Receb Tayyip Erdogan çıxış ediblər.

Hazırda Silahlı Qüvvələrin hərbi keçidi davam edir.

Parad hazırlıqları tamamlanıb

Bakının azad olunmasının100 illiyi münasibətilə keçiriləcək paradın son hazırlıq işləri tamamlanıb.

Turan Agentliyinin məlumatına görə, parad saat 16:00-da başlayacaq.

“Azadlıq” meydanında keçiriləcək paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Receb Tayyip Erdoganın iştirak edəcəyi gözlənilir.

Bakının qurtuluşunun 100 illiyi-Sürüvilər
Bakının qurtuluşunun 100 illiyi-Sürüvilər

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, “Azadlıq” meydanı və Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etsə də, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-daşnak və bolşevik işğalı altında idi.

Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları isə yüksək deyildi. Belə bir şəraitdə Osmanlı imperiyası Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və 1918-ci ilin avqust-sentyabr aylarında İslam Qafqaz Ordusu öz tarixi vəzifəsini yerinə yetirərək Bakını azad etdi.

--

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Beləliklə, bu qələbə ilə müstəqilliyini təmin edən Azərbaycanda erməni-daşnak və bolşevik birlikləri darmadağın edildi.

Bakının işğaldan azad olunmasının100 illiyi münasibətilə 2018-ci il sentyabrın 15-də “Azadlıq” meydanında parad keçiriləcək, axşam isə konsert olacaq.

Artıq ilk olaraq Bakının küçələrindən ilk süravi dəstə keçib.

Bakı küçələrində süvari dəstələr
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etsə də, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-daşnak və bolşevik işğalı altında idi.

Azərbaycanın öz ərazi bütövlüyünü öz gücünə təmin etmək imkanları isə yüksək deyildi.

Belə bir şəraitdə Osmanlı imperiyası Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və 1918-ci ilin avqust-sentyabr aylarında İslam Qafqaz Ordusu öz tarixi vəzifəsini yerinə yetirərək Bakını azad etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG