Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:14

Bakının mərkəzində sosial tələblər səsləndirilib


Bakıda aksiya. 7 may 2021
Bakıda aksiya. 7 may 2021

Bu gün, mayın 7-də bir qrup şəxs Bakının mərkəzində, metronun "28 May" stansiyasının yaxınlığında aksiya keçirməyə cəhd edib.

Bu aksiyanı Azərbaycandan vaxtilə gedən və indi xaricdə yaşayan bloqerlərin təklif etdiyi bildirilir.

Aksiyaya gələn şəxslər, əsasən, sosial tələblər səsləndiriblər. Onlar koronavirusla bağlı tətbiq edilən karantin sərtləşdirildiyi aylar ödənilən birdəfəlik sosial yardımın yenidən verilməsini və həm onların, həm də pensiyaların qaldırılmasını tələb ediblər.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları bir çox şəxsi polis maşınlarına mindirərək aparıblar.

Aksiya zamanı jurnalistlərin peşə fəaliyyətinə maneələr törədildiyi bildirilir. Hətta, sosial media nümayəndəsi Nurlan Qəhrəmanlının sözlərinə görə, onlara fiziki təzyiq göstərilib: "Mənə, çəkiliş aparan Əvəz Hafizliyə, Zəhra Kələndarovaya və Vüsalə Vətənqızına polis tərəfindən fiziki təzyiq göstərilib, çəkilişimizə maneçilik törədilib".

Daxili İşlər Nazirliyindən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində aksiyaya cəhdlə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib: "Cəhdin qarşısı polis tərəfindən dərhal alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur".

Amma nazirlikdən media işçilərinə fiziki təzyiq göstərilməsi ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

Azərbaycanda karantin rejimi ilə bağlı kütləvi tədbirlərə qadağa qoyulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG