Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 07:35

Bakının girişlərində tıxaclar yaranıb


Tıxac

Bu gün, iyunun 16-sı saat 06:00-dan Bakı və ölkənin başqa 8 yerində küçəyə çıxmaq yasağı aradan qalxıb.

İyunun 14-ü saat 00-dan Bakı Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında karantin sərtləşdirilmişdi.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar vermişdi.

Sakinlər həmin müddətdə olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, yalnız təcili tibbi yardım xidməti vasitəsilə tərk edə bilərdilər. Habelə, yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almalı idilər. Yalnız dövlət üçün əhəmiyyətli az sayda iş və xidmətlərin (xəstəxana və sairə) fəaliyyətinə icazə verilmişdi.

İyunun 13-dən isə əhalinin Bakıdan karantinin sərtləşdirilmədiyi yerlərə kütləvi axın etdiyi bildirilirdi. Verilən məlumata görə, iyunun 13-də Bakının çıxışlarında böyük növbələr yaranmışdı.

İyunun 16-sı səhər saatlarından etibarən də Bakının girişlərində böyük növbələrin yarandığı bildirilir. Verilən məlumata görə, küçəyə çıxmaq yasağı ardan qalxdığından Bakını tərk etmiş insanlar geri qayıdır.

Bundan əvvəlki həftəsonu da (iyunun 6-dan 8-nə kimi) Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu. Bu qərar son vaxtlar ölkədə koronavirusa yoluxanların artması ilə izah edilib. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantindir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 118 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 439 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 nəfər vəfat edib.

XS
SM
MD
LG