Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:25

Bakıda Xorvatiyanın səfirliyi açılıb


Marija Pejcinovic Buric
Marija Pejcinovic Buric

Bu gün, aprelin 29-da Bakıda Xorvatiyanın Azərbaycandakı səfirliyi açılıb.

“Report” xəbər verir ki, açılış mərasimində iştirak edən Xorvatiya baş nazirinin müavini və Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç, Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov rəmzi lenti kəsiblər.

Mərasimdə başqa rəsmi şəxslər də iştirak edib.

“Bakıdakı görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq olduğunu qeyd etdik. Bakıda Xorvatiya səfirliyinin açılması bu münasibətləri gücləndirmək baxımından mühüm mərhələdir”.

Bunu Bakıda keçirdiyi mətbuat konfransında Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç Buriç deyib.

Reportun xəbərinə görə, xorvatiyalı nazir hər iki tərəfin iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb:

“Azərbaycanla Xorvatiya yaxın vaxtda Zaqrebdə biznes forumu keçirməyi nəzərdə tutur. Həmçinin, iqtisadi əməkdaşlığımıza dair birgə komissiya yaratmışıq. Komissiya bu il, yaxud gələn ilin əvvəlində iclas keçirəcək”.

Azərbaycan-Xorvatiya biznes forumu keçirilir

“2018-ci ildə Azərbaycanla Xorvatiya arasındakı ticarət dövriyyəsinin dəyəri 16 faiz artaraq 250 mln. ABŞ dollarını ötüb”.

Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsindən ötrü potensial mövcuddur:

“Hazırda bu forumda müxtəlif sahələri əhatə edən 80-dən artıq işadamı iştirak edir. Bu, tədbirə böyük marağın göstəricisidir. Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir. Biz istəyərdik ki, Xorvatiya ilə işgüzar əməkdaşlığı daha da artıraq. Düşünürük ki, bu ölkənin xanım nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında ticarət, investisiyalar və başqa sahələrdə əlaqələrin artırılmasında stimullaşdırıcı rol oynayacaq”.

Xorvatiya baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri nazir Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Onlar bu forum məqsədilə Azərbaycana gəliblər.

Bu gün, aprelin 29-da prezident İlham Əliyev də xanım naziri qəbul edib.

XS
SM
MD
LG