Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:00

Bakıda tuneli su basıb, avtomobillər batıb… [Video]


Bakıda tuneli su basıb

Bu gün, sentyabrın 3-də Bakının Sabunçu rayonunda tuneldə iki avtomobil batıb. AzadlıqRadiosuna hadisə yerindən verilən məlumata görə, səhər saatlarında Sabunçu qəsəbəsindən şəhərə çıxış olan yol tamamilə bağlanıb.

Hadisə şahidləri habelə bildiriblər ki, tunelə dərinliyi bir neçə metrə qədər su dolub. Sakinlər bu yeraltı tuneldə bir neçə ay əvvəl təmir işləri aparıldığını qeyd ediblər. «Bu yol iki ay deyil çəkilib. İlk yağışdaca belə hala düşdü. Özü də bu gün (sentyabrın 3-də) dəhşətli yağış olmayıb», - sakinlərdən biri AzadlıqRadiosuna vurğulayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası cəlb edilib. Suya batan avtomobillər çıxarılıb.

Baş verənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tuneldən avtomobillərin hərəkəti bərpa olunub-Rəsmi

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib ki, Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə sentyabrın 2-si gecə və sentyabrın 3-ü səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

N.Bayramova «Report»a qeyd edib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayonu ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin onun qeyd etməsinə görə, ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib: «Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub».

N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. «Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb», - QSC-nin sözçüsü bildirib.

O, podratçı təşkilatın adını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG