Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:52

Bakıda avtobus qatarla toqquşub [Video]


Qəza
Qəza

Binədə sərnişin avtobusunun qatarla toqquşması hadisəsinə görə cinayət işi açılıb.

Azərbaycan Dövlət Yol Polisi İdarəsindən «Turan» agentliyinə bildiriblər ki, hadisəni Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsi araşdırır.

Qəza ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə açılıb.

+++

Binə qəsəbəsində qatarın avtobusla toqquşması nəticəsində xəsarət alanların sayına yenidən aydınlıq gətirilib.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hadisə yerində olan nümayəndəsi Sevinc Qədirova jurnalistlərə brifinqdə qəzada 34 nəfərin xəsarət aldığını deyib. Onun sözlərinə görə, yaralılardan 2 nəfər Travmatologiya İnstitutuna yerləşdirilib. Təcili tibbi yardım əməkdaşları 3 nəfəri Kliniki Tibbi Mərkəzə, qalanlarını isə Sabunçu xəstəxanasına yerləşdiriblər.

İdarə sözçüsü qəzanın detalları haqqında danışarkən dəmiryolu idarəsi əməkdaşlarının, qatarın sürücüsünün günahsız olduğunu iddia edib.

«Dəmiryolu tərəfinin günahı yoxdur. Şlaqbaum hər iki tərəfdən bağlı olub. 40 km/saat icazə verilən surət həddidir, qatar saatda 30-la hərəkət edib. Avtobus bütün qaydaları pozub, qatarın yoluna çıxıb», - nazirlik təmsilçisi bildirib.

Bu açıqlamaya, hələlik, avtobusun sürücüsündən və ya Bakı Nəqliyyat Agentliyindən münasibət almaq mümkün olmayıb.

+++

Binə qəsəbəsində qatarın avtobusla toqquşması nəticəsində xəsarət alanların sayı dəqiqləşdirilir.

«Turan» agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəzada azı 27 nəfər xəsarət alıb. Yaralananlardan beş nəfəri azyaşlı uşaqdır.

Qəzada vəfat edənin isə 13 yaşlı məktəbli olduğu qeyd edilir.

+++

Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb.

Həmin məlumatda vurğulanır ki, 160 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Agentliyin məsul şəxslərinin hazırda hadisə yerində olduğu, olayla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilir.

Hadisə yerində olmuş qəsəbə sakinləri isə «Turan» agentliyinə qəzada yaralananların sayının 8-dən çox olduğunu bildiriblər. Onların deməsinə görə, avtobus dolu olub. Sərnişinlərin əksəriyyətinin xəsarət aldıqları söylənir.

+++

Bu gün, oktyabrın 1-də Bakıda sərnişin avtobusu ilə qatar toqquşub.

Yayılan məlumatlara görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

«Turan» xəbər verir ki, içərisi sərnişinlə dolu 160 saylı marşrut avtobusu hərəkətdə olan qatarla toqquşub.

Ölən və yaralananların olduğu deyilir.

Qəza
Qəza

Xəbərdə habelə bildirilir ki, toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 Saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri vəfat edib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.

Xatırlatma

Bundan əvvəl, 2012-ci ildə Azərbaycanda oxşar qəza hadisəsi baş vermişdi.

Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı «Daewoo» markalı sərnişin avtobusu ilə toqquşmuşdu. Qəza nəticəsində 3 nəfər ölmüş, 10-dan çox sərnişin xəsarət almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG