Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 22:05

Rezidenturaya namizədlər etiraz edirlər


Rezidenturaya namizədlər Səhiyyə Nazirliyi qarşısında, 29 iyun 2018

Azərbaycan Tibb Universitetinin (ATU) rezidentura mərhələsində təhisl almaq istəyən və artıq birinci imtahanı vermiş namizədlər iyunun 29-da Səhiyyə Nazirliyinin önünə toplaşıblar.

Rezidentura tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı formasıdır.

Rezidentliyə namizədlərin narazılığına səbəb demələrinə görə, qəbul yerləri sayının azalıdlmasıdır:

“İlk imtahanı aprelin 21-də vermişik. O zaman rezidentura mərhələsində qəbul sayı barədə bizə heç nə deyilməyib. İyulun 8-də veriləcək ikinci imtahan ərəfəsində yerlərin azaldıldığını deyiblər”.

Namizədlərin deməsinə görə, 2016-cı ildə rezidnturaya qəbul sayı 538 nəfər olub, 2017-ci iildə bu 504 nəfər təşkil edib, 2018-ci ildə isə bu 332 nəfərə endirilib.

Rezidentliyə namizədlər bunun nə ilə bağlı olduğnu bilmirlər, öz təxminlərini dilə gətirirlər:

“ Xarici tələbələr 4000 manat ödəyərək hər hansı imtahan vermədən rezidentura mərhələsinə keçə bilirlər. Təxmin edirik ki, azalmanın səbəblərindən biri bu ola bilər ”.

Nazirlikdə məsul şəxslər tələbələrin önünə çıxaraq onlardan ərizə yazaraq qəbuluna gəlmələrini və məsələnin orada müzakirə edilməsini istəyiblər

Rezidentliyə namizədlərin bəziləri qəbula yollanıblar. Onlar qəbuldan çıxdıqdan sonra bunu deyiblər:

“ Bizi nazir müavini qəbul etdi. Nömrələrimizi götürdü. Dedi ki, nazirlə danışıb uzaq başı 1-ci gün ( iyulun 2-i) saat 10-a kimi bizə cavab verəcəklər.”

Məsləyə Səhiyyə Nazirliyindən isə, ayrılıqda, hələlik, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG