Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:37

AZAL: Nyu-Yorka uçuşlara davam edəcək


Azerbaijan -- AZAL - Azerbaijan Airlines
Azerbaijan -- AZAL - Azerbaijan Airlines

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı–Nyu York uçuşlarını daha bir il müddətinə davam etdirməyi qərara alıb. Qərar donanmanın texniki imkanlarının optimallaşdırılması və sərnişinlərin çoxsaylı istəklərinin nəzərə alınması ilə izah edilib.

Bu barədə bu gün, iyulun 23-də AZAL-ın mətbuat xidmətindən məlumat verdilər.

Beləliklə, Bakıdan Nyu Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı-Nyu York reysləri həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) “Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetirilməlidir.

Xatırlatma

Bu il iyunun əvvəlində oktyabrdan Bakı - Nyu York - Bakı reysi ilə uçuşların dayandırılacağı bildirilmişdi.

AZAL-dan qeyd edilmişdi ki, Bakı-Nyu York-Bakı reysi ilə uçuşların dayandırılması “Boeng-737 MAX 8” təyyarələrindən imtina ilə bir az əlaqəli məsələdir.

Həmin vaxt bu tip təyyarələrin son dönəmlər qəzaya uğraması ilə bağlı (2018-ci il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb) müzakirələr gedirdi.

Eyni zamanda, qurumdan vurğulanmışdı ki, daha rentabelli layihələrə üstnülük vermək niyyətindədirlər.

Lakin ondan az sonra AZAL-dan həmçinin bildirmişdilər ki, qurum "Boeing 737 Max-8" təyyarələrindən heç də imtina etməyib, sadəcə olaraq, müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.

İqtisadçılar isə Bakı-Nyu York-Bakı reysindən imtinanın səmərəli olmadığını bildirmişdilər.

XS
SM
MD
LG