Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:35

‘Gizlənə-gizlənə, kolun arxasından maşınların şəklini çəkib qaçmasınlar…’


Gəncə məhbusları 20 ilə qədər cəzalandırılır
Gözlə

No media source currently available

0:00 0:15:11 0:00

Gəncə məhbusları 20 ilə qədər cəzalandırılır

Əli Əliyev 40 ilə yaxındır ki, taksi sürür. Deyir ki, son bir ildə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “dayanma-durma” qaydasını pozmaq ittihamı ilə onu cərimələyir:

“Bax mən ayda 18 manat dövlətə vergi verirəm ki, taksi fəaliyyəti göstərə bilim. Bir də görürsən maşının şəklini çəkirlər, telefonuna mesaj gəlir ki, filan qədər cərimələndin. Bəs, biz harda dayanaq? Bizə bir yer ayırsınlar ki, biz də orda dayanaq”.

Bir il öncə təyin olunmayan yerlərdə parklanmaya nəzarət Dövlət Yol Polisindən alınıb Bakı Nəqliyyat Agentliyinə verilib. Elə bu agentliyin Facebook-dakı hesabına parklama ilə bağlı çoxsaylı şikayətlər yazılır.

Bakı Nəqliyyat Agentliyi 2015-ci ildə, prezidentin fərmanı ilə yaradılıb. Qurumun əsas məqsədi Bakıda nəqliyyat və piyadaların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.

Bəs, Bakı sakinləri agentliyin işlərdən nə dərəcədə razıdılar. AzadlıqRadiosu bu barədə sorğu keçirib:

Bakıda nəqliyyat sahəsində hansı problemlərin həllini istərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Parklama, avtobusların durumu, intervallar və sakinlərin şikayətləndiyi digər məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyindən də cavab almağa çalışdıq.

Lakin bir neçə gün ərzində dəfələrlə etdiyimiz zənglərə baxmayaraq, suallarımız cavablayacaq kimsəni tapa bilmədik.

Vətəndaşların avtobusların gec-gec gəlməsindən, sürücülərin davranışından, parklamaya görə cərimələrdən gileylidilər. İnternet istifadəçiləri elə Agentliyin öz facebook səhifəsinə onlarla şikayət şərhləri yazırlar. Son bir neçə gündə yazılan bu cür şərhlərin bir neçəsinə nəzər salaq.

Elnur Məmmədov: “Hörmətli Bakı Nəqliyyat Agentliyi, yeni tədris ilinin başlanmasi ilə əlaqədar sərnişin axınını nəzərə alın, avtobusların sayını artırıb, intervalı azaldın. Camaat yollarda qalır, işə gecikirik”.

Ramil Paşayev: “BNA -dən xahişimiz budur ki, Səyyar nəzarətçilərinə xidmət barədə qayda-qanun öyrətsinlər. Yoxsa, gizlənə-gizlənə, kolun arxasından maşınların şəklini çəkib, qaçmasınlar. Camaatı günahsiz yerə "Dayanma Durma" ilə 20 manat cərimələtməsinlər”.

Şahin Tağıyev yazır: “Sizə tövsiyə edirəm Ramana qəsəbəsində 214 saylı avtobusdan sallaşan məktəblilərə gəlib baxasınız."Əla mənzərədir" attraksiondur, rəsmən "əyləncədir".

Bəs harda durub-dayansınlar?

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sosial mediaya onların ünvanına yazılan şikayətlərin çoxunu cavablayır.

Parklanmaya görə sürücülərin tez-tez cərimələnməsi haqda agentlikdən qeyd edirlər ki, sürücülər “durma və dayanma” qaydasını tez-tez pozurlar. Bu da inzibati xətadır. O ki, qaldı avtobus çatışmazlığı və sərnişindaşıma ilə bağlı qaldırılan məsələlərə Nəqliyyat Agentliyi bu sahədə təhlillər aparıldığını qeyd edir.

Amma Sosial Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat eksperti İlqar Hüseynli bildirir ki, bir agentlikdən bu qədər şikayətlər varsa, deməli bu qurum öz işini düzgün görmür.

Onun sözlərinə görə, rəhbəri olduğu mərkəz monitorinq keçirib və məlum olub ki, Bakının mərkəzindən aralıda sərnişindaşıma qənaətbəxş deyil. Həm avtobusların texniki durumu, həm intervalın uzunluğu, həm də sürücülərin peşəkarlığı ilə bağlı xeyli problemlər var:

“Amma Bakı Nəqliyyat Agentliyi xidmətin keyfiyyətini artırmaq, həm sərnişindaşımanı, yol hərəkətini müasir tələblərə uyğun təşkil etməkdənsə, “qoçu” kimi fəaliyyət göstərir. Gizlin-gizlin sürücüləri “dayanma və durma” qaydasını pozduğuna görə cərimələyir. Məsələ orasında deyil ki, bu cərimələr qanunsuzdur. Məsələ burasındadır ki, infrastruktur yaradılmır, parklama üçün şərait yoxdursa vətəndaş maşını harda saxlamlıdır? Bu problemləri aradan qaldırmadan sürücüləri belə kütləvi şəkildə cərimələmək, hətta elə sürücü var ki, bir gündə ona 2-3 dəfə cərimə yazılır. Bu problemi yaradan məsələlər aradan qaldırılmalıdır”.

Polis "birmanatlıq taksi"lərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

2017-ci ilin əvvəlində keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad olundu. Nəqliyyat Nazirliyi isə Rabitə Nazirliyinə birləşdirildi.

Nazirliyin sərnişindaşıma, intelektual idarəetmə və digər səlahiyyətləri isə Bakı Nəqliyyat Agentliyinə verildi.

Bu agentlik fəaliyyətinin ilk illərində nəqliyyat sahəsində islahatlar aparacağını, problemlərin həll olunacağını bəyan etsə də, ekspertlər bu vədlərin hələki sözdə qaldığı qənaətindədilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG