Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:38

Hökumət əhali yoxsullaşmasının qarşısını ala biləcəkmi?


Qaz və elektrikin qiymətini qaldıran hökümət əhaliyə necə yardım edəcək?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Qaz və elektrikin qiymətini qaldıran hökümət əhaliyə necə yardım edəcək?

Rəsmi statististikaya görə, təkcə bu ilin yanvar-avqust ayında istehlak qiymətləri təqribən beş faiz artıb

Qazın və elektrikin qiymətinin bahalaşdığı gün, oktyabrın 16-da prezident İlham Əliyev elan etmişdi ki, əhalinin pensiya və müavinətləri də artacaq. Lakin hələlik hökumətin nələri nə qədər artıracağını elan etməyib.

Prezidentin belə bir bəyanatı qazın və elektrikin bahalaşan günü verməsini, bəzi müşahidəçilər, məsələn, iqtisadçı Qubad İbadoğlu, prezidentin xalqı sakitləşdirmək cəhdi kimi izah edir.

Amma ekspertlər deyirlər ki, əhalinin kisəsini boşaldan təkcə son enerji bahalaşması deyil. Pandemiya səbəbindən bütün dünyada ərzaq və sair məhsullar bahalaşıb, Azərbaycan isə bir çox məhsulları idxal elədiyi üçün bahalaşan qiymətləri də idxal edib.

Hələ rəsmi statististikaya görə, təkcə bu ilin yanvar-avqust ayında istehlak qiymətləri təqribən beş faiz artıb.

AzadlıqRadiosunun reportajında Bakı sakinlərinin də fikirləri yer alıb

Prezidentin sərəncamı. Kimin maaşı real ifadədə nə qədər artacaq
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədr müavini Rövşən Ağayevin hesablamasına görə, təkcə bu ilin əvvəlindən əhali 3 faizə qədər kasıblayıb. Beləki rəsmi inflyasiya təqribən 5 faiz olub, nominal əmək haqqı isə təqribən 2 faiz artıb. Beləliklə, real gəlirlər təqribən 3 faiz azalıb.

Amma bu, rəsmi statistikadır. İqtisadçı Qubad İbadoğlu hesab edir ki, reallıqda inflyasiya son iki ildə azı 40 faizə qədərdir.

APA xəbər agentliyi yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlərin gələn il 20-40% artırılacağını deyib.

Ekspertlər deyirlər ki, əməkhaqqı və pensiyalar artsa da, təbii olaraq pul kütləsinin artmasını inflyasiya yaradacağı gözləntisi yaradır.

“Gəlir artımını azı bir il gözləmək lazım gələcək”

İqtisadçı Rəşad Həsənov bu halda gözləyir ki, 40 faizlik əməkhaqqı və müavinəti artımı olsa belə, onun böyük hissəsi inflyasiyanın yeminə çevrilə və real artım 10 faiz civarında ola bilər:

“Ola bilsin ki, qısamüddətli dövrdə Azərbaycan hökuməti davamlı olaraq istifadə etdiyi alətlərdən yenidən istifadə etsin, inzibati tədbirlər və ya tənbehlər yolu ilə qiymət artımlarını qısamüddətli dövrdə məhdudlaşdırsın, təbii inflyasiyanın qarşısını almağa çalışsın. Belə olduğu halda real artım 5-10 faiz arasında ola bilər. Amma hər hansı bir tədbir görülmədiyi, inflyasiya səviyyəsinin reallığı əks etdirmədiyi halda, 2020 və 2021-ci illərdə qiymətlərin kəskin artımını nəzərə alsaq, real artım gözləmək sadəlöhvlük olardı”.

Təbii qaz bahalaşmaya bilərdimi?
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Elektrik və qazın ödənişi artıq noyabrın 1-dən yeni, bahalaşmış qiymətlərlə olacaq, amma gəlir artımı üçün vətəndaşlar bir qədər gözləməli olacaqlar.

Ekspertlərin fikrincə ən azı bu il artım baş tutmayacaq, gələn ilin hansı ayından olacağı isə bəlli deyil. İqtisadiyyat professoru Qubad İbadoğlu hesab edir ki, ola bilsin ki, artımları camaat gələn ilin martından almağa başlasın.

Nazirlər Kabineti artıq bu detalları hazırlayıb, qurumun sözçüsü İbrahim Məmmədov Trend agentliyinə deyib ki, sabah, oktyabrın 21-ə qədər təkliflər təqdim olunmalıdır.

Müstəqil iqtisadçılar isə hesab edir ki, əhalinin güzaranını yaxşılaşdırmaq üçün iqtisadiyyatı sağlamlaşdırmaq, yerli istehsalı artırıb idxalı azaltmaq, inhisarları aradan qaldırmaq lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG