Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 02:16

Bahalaşan Ramazan süfrəsi


Arxiv foto
Arxiv foto

Sabah, mayın 24-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Bəs görəsən, bayram süfrəsinə lazım olan ərzaq və təamlarda bahalaşma varmı?

Satıcı danışır...

Satıcı və alıcı, arxiv foto
Satıcı və alıcı, arxiv foto

Bu suala cavab tapmaq üçün əvvəlcə Bakıdakı marketlərdən birinin satıcısı ilə söhbətləşirik. Həmin satıcı deyir ki, 2019-cu ilə müqayisədə ərzaqda bahalaşma var. Onun sözlərinə görə, mövcud bahalaşma daha çox koronavirus pandemiyası ilə bağlıdır:

“Yollar bağlandığı üçün ölkəyə az mal daxil olur və bu səbəb bahalaşma yaradır”

Amma sıravi vətəndaşlar həmin satıcı kimi düşünmürlər. Söhbət etdiyimiz paytaxt sakinlərindən bəziləri deyirlər ki, aidiyyatı qurumlar yetərli qədər qiymətlərə nəzarət etmir, bahalıq da buna görə, yaranır.

“Dünən bir qiymətə aldığın malı bu gün həmin qiymətə ala bilmirsən, Deməli, fikir vermirlər, ona görə də dükanlarda bahalıq yaranır”, siravi vətəndaşlardan biri söyləyir.

Amma istər magazalardakı satıcılıar, istərsə də siravi vətəndaşlar bahalaşma ilə bağlı dəqiq rəqəm deməyə çətinlik çəkirlər.

“Novruz bayramından bu yana 5-10 faiz...”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna açıqlamasında ölkədə bahalaşmanı bir neçə səbəblə izah edib. Natiq Cəfərliyə görə, ilk səbəb Azərbaycanda uzun müddətdir ki, formalaşan pis ənənədir:

“ Həmişə istənilən böyük bayramlardan öncə qiymətlərdə və o cümlədən ərzağın qiymətlərində bahalaşma müşahidə edilir. Yəni, tələb artdıqca qiymət bahalaşması da özünü göstərir. Rəsmiaçıqlamaya görə, Azərbaycanda ilin ilk rübündə inflyaisya cəmi 3 faiz olub. Halbuki, bu çox kiçildilmiş rəqəmdir. Gündəlik alış-veriş edən insanlar bilirlər ki, Novruz bayramından (20-21 mart) bu yana da qiymətlərdə nəzərə çarpacaq dərəcədə bahalaşma var. Bu ən azı 5-10 faiz dəhlizində özünü göstərir”.

Onun fkrincə, koronavirus pandemiyasının da qiymətlərə təsiri var.

N.Cəfərli deyib ki, həmin səbəbdən mal və məhsulların gətirilməsində müyyən fasilələr yaranır.

İqtisadçının fikrincə, bayramlar öncəsi tələb artdığına görə, qiymətlər bahalaşır. Onun qeyd etməsinə görə, digər səbəb isə odur ki, ölkədə bu sahədə rəqabət yoxdur.

N.Cəfərli vurğulayıb ki, ölkəyə mal gətirən topdan satış şirkətlərinin sayı çox azdır və rəqabətsizlik mühiti qiymət bahalaşmasında əsas səbəblərdən biridir.

DSK-nın açıqlaması

DGK-nin binası
DGK-nin binası

Dövlət Statistika Komitəsi-nin (DSK) bu günlərdəki açıqlamasına görə, 2020-ci ilin yanvar-aprel aylarında isə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz bahalaşıb. Bahalaşmanın qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,1 faiz təşkil etdiyi qeyd olunur.

Amma bəzi müstəqil eskpertlər bu rəqəmləri inandırıcı saymır.Onların fikrincə, reallıqda ölkədə bahalaşma daha çox, 10-12 faizə yaxn olub.

Xatırlatma

Təzə Pir məscidi, arxiv foto
Təzə Pir məscidi, arxiv foto

Bu il aprelin 25-dən Azərbaycanda Ramazan ayının başladığı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən ( QMİ) verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Qurumun bundan əvvəl verdiyi fətvada da vurğulanırdı ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib bilinir.

XS
SM
MD
LG