Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

Bahalı saatları necə oğurlayırlar?


CNN yazır ki, yaponiyalı bzinesmenin 800 min dollardan bahalı saatını beşulduzlu Paris otellərindən birinin qarşısında biləyindən çıxarıblar.

Xəbər verilir ki, sözü gedən şəxs axşam saat 21 radələrində Zəfər tağı ilə Yelisey çölü yaxınlığındakı Hôtel Napoléon mehmanxanasından siqaret çəkmək üçün çıxıb.

Elə onun saatını oğurlayan adam da ondan siqaret istəyib və biznesmen onu siqaretə qonaq edənədək onun saatını qolundan çıxarıb və qaçıb.

Polis bildirir ki, saatın markası Richard Mille Tourbillon Diamond Twister-dir.

Bu lüks İsveçrə saatı brilyantlarla bəzədilib və qiyməti çox baha olduğundan bu oğurluq işi polisin mütəşəkkil cinayətkarlıq şöbəsinə ötürülüb.

70-dək çox bahalı saat oğurlanıb

Parisdə son aylarda bahalı saat oğurluğu artıb. Bu ilin 8 ayı ərzində 71 belə oğurluq haqqında məlumat daxil olub.

Oğurluqların əksəriyyəti Parisin Yelisey çölünü məhəlləsinin də daxil olduğu 8-ci rayonunda baş verir.

İyul ayında bir gün ərzində burada dörd saat oğurluğu olub. Oğurlanan saatların ümumi qiymətinin 190 min avro olduğu xəbər verilir.

Burası da var ki, superbahalı saatları qara bazarda dəyərindən 30-50 faiz ucuzuna satmaq mümkündür.

Oğrular saatların çırpışdırılması üçün xüsusi fəndləri inkişaf etdiriblər. Bəziləri saatını oğurladıqları şəxsi yumruqla vuraraq skuterdən yıxır, sonra isə özünə gəlməyə macal tapmamış qurbanının saatını açırlar.

Bəzi oğrular siqaret istəyə və yaxid sizinlə şəkil çəkdirmək arzusunda ola bilərlər. Nəticə eynidir. Qolunuzdakı saat artıq yoxdur.

Başqa maraqlı üsul da var. Oğru özünü avtomobilin güzgüsünə çırpır. Maşını sürən şəxs qeyri-ixtiyari qolunu pəncərədən çıxarır. Geriyə qayıdan qolun biləyində saatı görə bilməzsiniz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG