Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

İŞİD liderinin oğlunun öldürüldüyü xəbər verilir


Abu Bakr al-Baghdadi (Foto arxivdəndir)
Abu Bakr al-Baghdadi (Foto arxivdəndir)

İslam Dövləti ekstremist təşkilatının lideri Abu Bakr al-Baghdadi-nin oğullarından biri Suriyanın Homs qəzasında gedən döyüşlərdə həlak olub. Bu barədə İŞİD-in təbliğat mediası olan Amaq agentliyi xəbər yayıb.

Sayt bildirir ki, Hudhayfah al-Badri iyulun 3-də “Nüssariyyə və Homsun elektik stansiyasındakı ruslara qarşı əməliyyatda öldürülüb”. Bu xəbərdə əlində avtomat olan bir gəncin şəkli də dərc olunub.

İŞİD Suriya prezidenti Bashar al-Assad-ın mənsub olduğu ələvi təriqətini Nüssariyyə adlandırır.

İslam Dövləti ekstremist qruplaşması Suriya hökumət qoşunlarının və onlara dəstək verən Rusiya qüvvələrinin, habelə ABŞ tərəfindən dəstəklənən qiyamçı qüvvələrin təzyiqi altında Suriyadakı əksər mövqelərini itirib və burada çox az qüvvəyə malikdir.

ABŞ və İraq rəsmiləri bildiriblər ki, onların inandığına görə İŞİD lideri Baghdadi Suriyanın İraqla sərhədindəki ərazidə daldalanır.

Birləşmiş Ştatlar Baghdadi-nin həbsinə imkan verəcək informasiyaya görə 25 milyon dollar mükafat elan edib. Onun birinci arvadından 4 övladı və ikinci arvadından bir oğlu var.

Baghdadi-yə aid edilən son mesaj ötən sentyabrda səslənib və o bu bəyanatında tərəfdarlarını düşmənlərə “müqavimət” göstərməyə çağırır.

XS
SM
MD
LG