Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 16:41

İraqda polislə toqquşmalarda onlarla etirazçı yaralanıb


Bağdadda etiraz aksiyası, 20 yanvar, 2020
Bağdadda etiraz aksiyası, 20 yanvar, 2020

Yanvarın 20-da İraqın paytaxtı Bağdad və ölkənin digər şəhərlərində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla etirazçı yaralanıb.

Bu barədə yanvarın 20-də Reuters agentliyi xəbər verir.

Şahidlərin sözlərinə görə bazar ertəsinə keçən gecə Bağdadın Tayaran meydanında aksiyaçılar polisə “Molotov” kokteylləri atıb, öz npvbəsində polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Nəssiriyə, Kərbala və Amara da daxil olmaqla ölkənin cənubundakı bir neçə şəhərdə yüzlərlə adam etiraz aksiyasına çıxaraq əsas yolları bağlayıblar.

Aksiyaçılar baş nazir Adel Abdul Mahdini, yeni hökumət təyin edilməsi də daxil olmaqla,verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.

Bağdad polisi hazırda bütün yolların açıldığını bildirir.

Ötən il oktyabrın 1-də İraqda kütləvi etirazlar keçirilir.

Əksəriyyəti cavanlar olan aksiyaçılar hakimiyyəti korrupsiyada, ölkəni yoxsulluğa düçar etməkdə ittiham edirlər.

O vaxtdan bu yana baş verən toqquşmalarda 450-dən çox adam öldürülüb.

XS
SM
MD
LG