Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Londonda BAFTA mükafatları verildi


Fevralın 18-də Londonda keçirilən BAFTA (British Art Film Television Awards) mükafatlarının təqdimatı mərasimində “Ebbinq, Missuri yaxınlığında üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri) qara komediyası qalib olub.

“Üç bilbord” filmi ən yaxşı film, ən yaxşı aktrisa mükafatları da daxil 5 mükafat qazanıb.

"Üç bilbord" filmindən kadr
"Üç bilbord" filmindən kadr

Bu filmdə ən yaxşı aktrisa mükafatına Frances McDormandən yaxşı tərəf-müqabil mükafatına Sam Rockwell layiq görülüblər. Yazıçı-rejissor Martin McDonagh mükafata ssenariyə görə layiq görülüb.

ABŞ-da çəkilmiş bu filmdə yaradıcı komanda və iştirakçı studiyaların nümayəndələrinin bir çoxu britaniyalılardır.

Ən yaxşı rejissor tituluna “Suyun vücudu” (The Shape of Water) fantastik filiminə görə meksikalı Guillermo del Toro layiq görülüb.

Gary Oldman “Ən qaranlıq saat” (The Darkest Hour) filmində Winston Churchill-in obrazına görə ən yaxşı aktyor mükafatını alıb.

Ən yaxşı tərəf-müqabil aktrisa mükafatını “Mən, Tonya” (I, Tonya) filmindəki roluna görə Allison Janney qazanıb.

Ən yaxşı multiplikasiya mükafatını “Coco” alıb.

Christopher Nolan-ın “Dunkirk” filmi ən yaxşı səs, Edgar Wright-ın “Körpə sürücü” (Baby Driver) filmi ən yaxşı montaja görə mükafatlandırılıb.

Yüksələn ulduz mükafatı britaniyalı aktyor Daniel Kaluuya-ya “İtil!” (Get Out) filminə görə verilib.

Reuters agentliyi yazır ki, qadınlara qarşı təcavüz əleyhinə “Time’s Up” kampaniyası builki BAFTA mükafatları mərasiminin əsas mövzusu idi. Mərasimin əksər qadın iştirakçıları cinsi təcavüzə etiraz olaraq qara geyinmişdilər.

Martin McDonagh mükafatı alarkən etdiyi çıxışda belə kampaniyaların fayda gətirəcəyinə inandığını bildirib.

Amma burda da istisna olub. Ən yaxşı aktrisa mükafatının laureatı Frances McDormand qara geyim etirazına qoşulmasa da, kampaniyanı dəstəklədiyini deyib.

Ən yaxşı kinematoqrafiya kateqoriyasında mükafat Roger Deakins-in “Ülgüc üstdə qaçan 2049” (Blade Runner 2049) elmi-fantastik filminə çatıb. Deakins həm də gələn ay keçiriləcək Oscar mərasiminin nominantlarından biridir.

Bu onun Oscar mükafatına 13-cü nominasiyası olacaq. İndiyədək heç bir nominasiyası uğurlu olmayıb. Əslində o, o bu mənada Oscar tarixində ən uğursuz nominantlardan biri sayılır.

Başqa mükafatlar bu qaydada bölüşdürülüb:

Ən yaxşı musiqi - “Suyun vücudu”

Ən yaxşı qrim və saç - “Ən qaranlıq saat”

Ən yaxşı kostyum – “Xəyali ip” (Phantom Thread)

Ən yaxşı sənədli film – “Mən sənin zəncin deyiləm” (I Am Not Your Negro)

Ən yaxşı Britaniya multiplikasiya filmi – “Poles apart”

Ən yaxşı Britaniya qısametrajlı filmi – “Kovboy Dave” (Cowboy Dave )

İngiliscə olmayan ən yaxşı film – “Qaravaş” (The Handmaiden)

Ən yaxşı adaptasiya – “Məni öz adınla çağır” (Call Me by Your Name)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG