Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Badamdarda torpaq sürüşməsi davam edir


Torpaq sürüşməsi, arxiv foto
Torpaq sürüşməsi, arxiv foto

Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı Qərargahın bu gün, oktyabrın 27-si saat 10:00-a olan məlumatında bildirilir.

“Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb”, məlumatda yazılıb.
Xatırlatma

Badamdar, 20-ci Sahə adlı ərazidə ( Bayıl qəsəbəsi) 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son həftələr Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.

XS
SM
MD
LG