Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

Antiislam hərəkatının rəhbəri məhkəmə qarşısında


Lutz Bachmann, leader of the PEGIDA-nın Drezdendə aksiyası zamanı, 26 oktyabr, 2015
Lutz Bachmann, leader of the PEGIDA-nın Drezdendə aksiyası zamanı, 26 oktyabr, 2015

►Həbs oluna bilər...

Antiislam baxışlı, radikal sağçı təmayüllü PEGIDA hərəkatının yaradıcısı Lutz Bachmann aprelin 19-da Almaniyanın Drezden şəhərində məhkəmə qarşısına çıxarılacaq.

O, irqi nifrətin qızışdırılmasında və sosial şəbəkələrdə, xüsusən də Facebookda miqrantlar əleyhinə postlar paylaşmaqda ittiham olunur.

Özünün 2014-cü ilə aid post və şərhlərində Bachmann miqrantları "sürü" və "tullantı" adlandırıb. İstintaq hesab edir ki, belə ifadələr "ictimai asayişi pozur" və qaçqınların ləyaqətini təhqir edir.

Məhkəmə iclası gücləndirilmiş təhlükəsizlik şəraitində keçiriləcək. Əgər məhkəmə Bachmannı günahkar bilsə, ona üç aydan beş ilə qədər həbs cəzası kəsilə bilər.

PEGIDA (açılışı "Vətənpərvər Avropalılar İslamlaşmaya Qarşı") ötən bir il ərzində Suriya və digər ərəb ölkələrindən mühacirlərin qəbul olunmasına qarşı kütləvi etiraz aksiyaları keçirib. Onun həmçinin Almaniyadakı rusdilli sağ radikal ünsürlərlə fəal əməkdaşlıq etdiyi bildirilir.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

Reklam agentliyinin keçmiş direktoru olan 43 yaşlı Bachmann avtoportretləri ilə də "ad çıxarıb". Həmin avtoportretlərdə o özünü "hitlersayağı" saç düzümü və bığla çəkib.

Hələ 90-cı illərdə Almaniyada ona qarşı bir neçə maddə üzrə ittihamlar irəli sürülüb. Bunların arasında oğurluq, narkotiklərdən istifadə də var. O, ümumilikdə iki ildən çox həbsxanada olub.

Ötən gün PEGIDA Drezdendə daha bir aksiya keçirib. Bu aksiyada Bachmann öz işi haqqında deyil, komediyaçı Jan Böhmermanna qarşı açılmış cinayət işi haqda danışıb.

Böhmermannın çıxışlarının birində Türkiyə prezidenti Recep Tayyip Erdoğanı təhqir etdiyi iddia olunur. Ötən həftə Türkiyə hökumətinin müraciəti əsasında onun barəsində "Xarici dövlətlərin nümayəndələrinin təhqir edilməsi" maddəsi ilə cinayət işi açılıb.

Buna da bax: Əfqanıstanda partlayış: 200 yaralı var

Əfqanıstanda partlayış: 200 yaralı var
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

XS
SM
MD
LG